Çap

İlham Əliyev Gəncəyə səfər etdi

Tarix . Kateqoriya Xəbərlər

aliyev gencede

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gedib. 

Gemi.az Oxu.Az-a istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.