Seymur Hüseynov: "Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyib"
“Ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var”. Gemi.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.
Onun sözlərinə görə, Ulu Öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması olub: “Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.