Çap

Seymur Hüseynov: "Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyib"

Tarix . Kateqoriya Xəbərlər

al5a9975

“Ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var”. Gemi.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov deyib.

Onun sözlərinə görə, Ulu Öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqət və qayğının artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında gənclərin fəal iştirakının təmin olunması olub: “Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyib və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

Bu gün gənclər dövlətimizin ətrafında sıx birləşərək, ölkəmizin daha yaxşı gələcəyi üçün əməyini əsirgəməməyə hazırdır. 1995-ci ildə Ümummilli Liderin siyasətinin nəticəsi olaraq yaradılan Gənclər Təşkilatları Milli Şurasının da məqsədi məhz dövlətçilik ənənələrimizə sadiq qalaraq, gənclər təşkilatlarının milli və beynəlxalq səviyyədə əlaqələndirilməsini təmin etmək olmuşdur. Milli Şura Gənclər və İdman Nazirliyi ilə birgə, Ümummilli Liderin iştirakı ilə 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin birinci, 1999-cu ildə isə ikinci forumlarını keçirib. Milli Şura bu gündə Ulu Öndərin vəsiətlərini yerinə yetirməyə, cənab Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş ölkəmizin prioritetlərinin, dövlətimizin siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə çalışır, üzvü olan gənclər təşkilatları ilə birlikdə Azərbaycan gənclərini dövlətçiliyimizin keşiyində durmağa daim hazır olması üçün yetişdirir.

Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə