Çap

İtaliyada Azərbaycanlı gənclər şirkət açıblar

Tarix . Kateqoriya Xəbərlər

italy salon

İtaliyada azərbaycanlı gənclər “Üç alov” adlı (Le Tre Fiamme-bakucittadeiventi.it) şirkət açıblar. Saç kəsimi (kişilər və qadınlar üçün) xidmətlərini təklif edən şirkətin ilk brendi isə “Bakı küləklər şəhəridir” (Baku citta dei venti) adlanır. Gemi.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Elnur Bədəlov özəl olaraq “Palitra”ya məlumat verib. 
Ötən gün Romanın Via dei Salentini 18-San Lorenzo ünvanında yerləşən şirkətin açılışı olub. Açılışa Azərbaycanın İtaliyadakı səfirliyindən nümayəndələr, universitet professorları, İtaliyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları və azərbaycanlı tələbələr qatılıblar. Elnur Bədəlov deyib ki, Romaya tələbə kimi gəlib və Sapienza Universitetində magistratura təhsili alıb: “Hər keçən gün Romada azərbaycanlı tələbələrin sayının artması bizə bu ideyanı verdi. Çünki Romada heç bir azərbaycanlı şirkət açmayıb və bunun ilkini biz edirik. Buradakı azərbaycanlıların ən çox problem etdiyi məsələlərdən biri saç kəsdirməkdir. Bu minvalla biz burada Le Tre Fiamme (Üç Alov) adında şirkətimizi açdıq və bu şirkətin ilk brendi “Baku citta dei venti”dir (Baki küləklər şəhəridir). Bu brend adı altında biz həm kişilər, həm də qadınlar üçün xidmət göstərəcəyik. Ancaq biz bu fikrimizi bir balaca genişləndirərək burada keçmiş Sovet respublikalarının vətəndaşlarını və italyanları da unutmamışıq. Burada çalışan ustalarımızdan biri rus, biri türk, digəri isə italyandır”.


Mən bu şirkətin rəhbəriyəm. Ancaq mənimlə birlikdə şirkətimin direktoru və ortağım Vüqar Dosmammadov da var. O da mənim kimi bura tələbə olaraq gəlib və hazırda sahibkardır”. Qeyd edək ki, yeni şirkətin yaradılması İtaliyadakı soydaşlarımızın da sevincinə səbəb olub. Bununla bağlı Roma Sapienza Universitetinin Siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmov öz sevincini bizimlə bölüşüb. Emin Rüstəmov bu şirkətin yaradılmasını uğur nümunəsi kimi qiymətləndirib: “Bir neçə il bundan əvvəl Romaya gələndə ideyalarla zəngin dostlarla tanış oldum. Onların içində ambisiyalı dostlardan biri də Elnur idi. Həmişə Romada bir iş qurmağı, biznesi olmasını arzu edirdi. Bizim üçün o zamanlar, bunlar, sadəcə, arzu və xəyaldan başqa, bir şey deyildi. Və həmin gün, hamımızın səbirsizliklə gözlədiyi o an, nəhayət, gəlib çatdı. Dostumuzun şirkəti artıq fəaliyyətə başladı. Bu cür şirkətlərin yaradılması gələcəkdə azərbaycanlıların təşkilatlanması baxımından da çox önəmlidir. İtaliya kimi strateji baxımdan önəmli digər Avropa dövlətlərində də bu cür işlərin görülməsinin diaspor fəaliyyəti nöqteyi-nəzərindən də faydalı olacağına ümid edirəm”.


Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə