Çap

700 bal yığan Firuz: "Bütün günü dərs oxumamışam"

Tarix . Kateqoriya Xəbərlər

 

"Sistemli şəkildə yalnız 11-ci sinifdə hazırlaşmışam".

Artıq I və IV ixtisas qrupları üzrə ali məktəblərə imtahan verən və tələbə adını qazanan abituriyentlərin də siyahısı artıq məlum olub. İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Bu uğuru qazananlar sırasında Türkiyə Diyanət Vakfinin Bakı Türk litseyinin şagirdi 1998 ci il təvəllüdlü Firuz Abduyev da var. Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Firuz Bakıda yaşayır. O ailənin böyük övladıdır. Özündən kiçik bacı və qardaşı da var.

Firuz ANS PRESS-ə açıqlamasında bilirib ki, sistemli şəkildə yalnız 11-ci sinifdə məktəb daxilində təşkil edilən kurslarda univeristetə hazırlaşıb.

“2012-ci ildən məzun olduğum liseydə oxuyuram. Bura daxil olmamışdan əvvəl isə Binəqədi rayonu 143 nömrəli orta məktəbdə təhsil almışam. Birinci ixisas qrupu üzrə imtahan verdim. Deyə bilmərəm ki, gecə gündüz dərs oxumamışam. Amma bütün günü imtahan haqqında düşünürdüm”.

Atası fizika müəllimi olan Firuz valideynlərinin dəstəyinin böyük olduğunu deyir. “Atam fizika müəllimi olduğu üçün məni öyrədib və dərslərimdə kömək edib. Amma 11-ci sinifdə məktəbdə hazırlaşdığıma görə atam mənimlə o qədərdə məşğul ola bilmədi. Amma imtahanlara yaxın vaxt tapdıqca yenidən birlikdə məşğul olurduq".

Sınaq imtahanlarında da yüksək bal toplayan Firuz Abduyev maksimal nəticə göstərəcəyinə əmin olub. İndi onun üzünə ixtisası üzrə bütün universitelərin qapıları açıq olsa da, o ya Qafqaz Univerisitetini ya da Azərbayan Diplomatik Akademiyasında təhsil almağı planlaşdırır. Daha sonra isə təhsilinə xaricdə davam edəcək.

“Birinci kurusu bitirdikdən sonra xaricdə təhsil almaq istəyirəm. İngilis dilini təkmilləşdirəndən sonra xaricdə təhsil üzrə təklifləri dəyərləndirəcəm. Hələki mənə xaricdə təhsillə bağlı təklif gəlməyib".

İmtahandan sonra ona və valideyinlərinə saysız hesabsız təbriklər gəldiyini deyən Firuz bu uğuru valideyinlərinə yaşatdığına üçün özünü çox xoşbəxt sayır.

Qeyd edək ki, Firuz Abduyevin əmisi birinci Qarabağ müharibəsi zamanı şəhid olub. Firuz indi əmisinin adını daşıyır.
Şəhid əmisinin adını daşıyan Firuz

Bu il I və IV qruplar üzrə qəbul imtahanlarında iştirak etmək üçün 26928 abituriyent sənəd verib. Onlardan 1598 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 25330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə