Çap

TQDK mayın 22-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir

Tarix . Kateqoriya Xəbərlər

 

ekzamen

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumatına görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 15-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Məlumat üçün bildirək ki, imtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I qrup üzrə, 1786 abituriyent IV qrup üzrə imtahan verəcəkdir.

Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə 1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849  nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.

Bakı şəhərində 6291, Naxçıvanda 654, Gəncədə 1595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454, Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680, Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunacaqdır.

 

 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə