Çap

AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır

Tarix . Kateqoriya Xəbərlər

13771

Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Gemi.az-ın Trend-ə istinadən verdiyi  məlumata görə, AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın aşağıdakı reysləri təxirə salınıb.

J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara

Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Türkiyə kurortlarına AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə