Çap

Prezidentdən əmr: ordu tam döyüş hazırlığına gətirildi

Tarix . Kateqoriya Xəbərlər

 
porowenko
 
Ukrayna prezidenti Krımla sərhəddə və Donbasla bütün təmas xəttindəki orduların tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr verib.
Gemi.az-ın  Axar.az-a istinadən verdiyi xəbərə görə, bu haqda məlumat Ukrayna Prezidenti Pyotr Poroşenkonun Tvitter hesabından yayılıb.
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror törədilməsinin qarşısını aldığını bəyan edib. FTX bu terroru ukraynalı diversantların törətdiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanı terrorizmdə günahlandırıb.
Ukrayna bu ittihamların heç birini qəbul etməyib. Bəzi ukraynalı siyasətçilər bunu FTX-nın provokasiyası adlandırıblar. 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə