Çap

Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı qanvermə aksiyası keçirilib – FOTO

Tarix . Kateqoriya Xəbərlər

51130

Avqustun 12-də Beynəlxalq Gənclər günündə Bakıda "Gəncliyin sevgisi sərhədsizdir" adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası keçirilib.

Gemi.az-ın 1news.az-a  istinadən verdiyi məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası və Mərkəzi Qan Bankı tərəfindən təşkil edilən aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur.

Onun sözlərinə görə, bu gün öz qanını həmvətənləri ilə bölüşməyə hazır olan gənclik sabah bəşəriyyət uğrunda istənilən fədakarlığa imza atacaq: “Çünki onların gözlərindəki insan sevgisi hər şeydən alidir”.

Sonra Qan Donorları Assosasiyasının rəhbəri Fuad Əsgərov bildirib ki, bu əlamətdar günün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiram nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.

Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. 

Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsində əsas məqsəd isti yay günlərində hemofiliyalı və talassemiyalı xəstələrin qan ehtiyaclarını ödəmək üçün yaranan qan çatışmazlığının qismən aradan qaldırılmasıdır.

Qanvermə aksiyası həmçinin region gənclərinin sağlamlıq məsələlərinə diqqət artırmağı, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılmasını, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək verməyi, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmağı nəzərdə tutub.

13906633 1337675799583586 1843624878344954832 n

14021534 1337675706250262 1404608486363886988 n

53585

13906681 1337675379583628 1096461738827856382 n

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə