Çap

GƏNCLƏR TƏŞKİLATLARININ VAHİD PLATFORMASI OLARAQ DAİM DÖVLƏTİMİZİN YANINDAYIQ

Tarix . Kateqoriya Xəbərlər

seymur

Ümummilli lider Heydər Əliyevin gənc nəslə olan böyük etimadından ilhamlanaraq 1996-cı ildə ölkənin ən böyük gənclər platformasının əsası qoyuldu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olundu. Təsisçi gənclər təşkilatları  Azərbaycan dövlətinə sadiq, milli dəyərlərə bağlı, müasir və inkişaf yönümlü bir “çətir” altında ali məqsədlər üçün birləşdilər.

     Möhkəm və dayanıqlı bünövrə üzərində qurulan bu platforma tezliklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, dövlət qurumları ilə etibarlı tərəfdaşlıq əlaqələri qurmağa, beynəlxalq gənclər platformaları ilə əməkdaşlığı formalaşdırmağa başlayan Milli Şuranın ailəsinə qatılan gənclər təşkilatlarının sayı artmağa başladı.

     Qeyd edək ki, 2016-cı ilin may ayında Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Qurultayı keçirilib. Qurultayda ARGTMŞ Baş Katibi Seymur Hüseynov təşkilatın yeni sədri seçilmişdir. Milli Şuranın 20 illik ənənə və təcrübəsinə əsaslanaraq, gələcək fəaliyyətini bu istiqamətdə uğurla davam etdirəcəyini vurğulayan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bizimlə söhbətində daha sonra bildirmişdir ki,ARGTMŞ fəaliyyətində Gənclər Təşkilatlarının vahid platforması olaraq gənclər təşkilatları institunun gücləndirilməsinə xüsusi önəm verir. Növbəti addımlarda da bu istiqamətdə fəaliyyəti  davam etdirəcəyik. Həmçinin, bölgələrdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, eləcə də Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi təmsil etmələrinə diqqət çəkilməsini təmin edəcəyik. Milli Şura  gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə Respublikasının maraqlarının qorunması, o cümlədən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın gələcəyi üçün çalışmaqdan qürur duyur.

      Həmsöhbətimiz onu da qeyd etdi  ki, bu gün, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 114 gənclər təşkilatını və minlərlə gənci özündə birləşdirir. Vaxtilə, təşkilatda fəaliyyət göstərən liderlər bu gün dövlət qurumları, biznes strukturları və beynəlxalq platformalarda aparıcı vəzifələr tutaraq Azərbaycanın inkişafı naminə çalışırlar.

     Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Hazırda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatlarının həmtəsisçisi, 2014-cü ildən Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

    “Avroviziya – 2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ərəfəsində ARGTMŞ müsabiqə çərçivəsində kütləvi şəkildə könüllülərin cəlb olunması, onların təlimləndirilməsi və fəaliyyətinin təşkili işinə öz töhfəsini vermişdir. ARGTMŞ fəallarının təşəbbüsü ilə “Step İn” Gənclərin Təşəbbüs Qrupu formalaşdırılmış və həm ölkə daxilində, həm Avropa ölkələrində genişmiqyaslı dəstək tədbirləri həyata keçirilmişdir.

     2013-cü ildə Prezident seçkiləri ərəfəsində “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun yaradılması təşəbbüsü də məhz ARGTMŞ fəaları tərəfindən irəli sürülmüşdür. Təşəbbüs Qrupunun məqsədi son 10 il ərzində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə çatdırılması, gənclərin Prezidentlərinə səs verməyə çağırış etməsi olub. Təşəbbüs Qrupunun sosial şəbəkələrdə rəsmi səhifələri vasitəsi ilə 200 mindən artıq gənc Prezidentinə dəstəyini nümayiş etdirib, yüz minlərlə gənc dəstək aksiyalarında iştirak edib.

     Təbii ki, ARGTMŞ son illər Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən olan “Bakı 2015” 1-ci Avropa Oyunlarınına dəstək məqsədi ilə idmançılarımızın uğurlarını, oyunlar zamanı baş verən maraqlı anları, oyunlar ərəfəsində ölkəmizdə keçirilən tədbirləri, və s. ən son məlumatları  sosial şəbəkədə paylaşımları təşkil edib, bu proseslərdə “Creatweet” kampaniyası vasitəsi ilə yaxından iştirak edib. Qeyd edək ki, kampaniya çərçivəsində sosial şəbəkələrdə 130 mindən artıq paylaşım edilib, paylaşımlar 1,5 million dəfə nümayiş olunub.

            Gənclər və İdman Nazirliyini dəstəyi ilə həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti”  Proqramı “Avropa Könüllülük Xidməti” Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarlar həyata keçirilmiş və bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. Gənclər təşkilatları nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir.    

     Prezident İlham Əliyevin sərəncamı əsasında 2015-ci il “Kənd təsərrüfatı ili” elan edildikdən sonra ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramına start verib. Proqram çərçivəsində ölkənin 12 rayon və şəhərlərini əhatə etməklə 20 kənd və qəsəbələrdə təlimlər həyata keçirilib və bu ilin sonuna qədər ölkənin əksər rayonlarını proqram çərçivəsində əhata etmək planlaşdırılır.

      Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqaməti çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə QHT İdarəetmə Akademiyası 2013-cü ildə start verilib. Akademiya QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan təlimlər blokunu əhatə edir. Birinci tədris bloku – QHT-lərin İdarəetmə Akademiyası, ikinci tədris bloku – Layihələrin İdarəetmə Akademiyası, üçüncü tədris bloku – Şəxsi və Peşəkar İnkişaf Akademiyası, dördüncü tədris bloku – Seçmə kursları. Proqram çərçivəsində qış, yaz, yay və payız sessiyaları çərçivəsində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə təlimlər keçirilib. Proqram çərçivəsində Bakı şəhəri ilə yanaşı Gəncə, Quba, Lənkəran, Oğuz və Şəmkir şəhərlərində 47 təlim təşkil olunub.

     Gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində 2014-cü ildən start verilən layihələrdən biri də Məlumat Turlarıdır. Məlumat Turları Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbər və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infrastruktur vahidləri ilə tanışlığını və məlumatlılığının artırılmasını təmin edir. Proqram çərçivəsində ölkənin müxtəlif maraqlı yerlərinə 13 məlumat turu təşkil olunub.

     Gənclərin əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqaməti çərçivəsində Milli Şura 20 il ərzində daima yüksək səviyyəli beynəlxalq tədbirlərdə Azərbaycan gəncliyini təmsil edib. Belə ki, ARGTMŞ BMT qurumların iclaslarında, MDB ölkələrinin gənclərlə bağlı tədbirlərində, eləcə də Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq və dövlətləararası təşkilatların yığıncaqlarında fəal iştirak edib və üzv olduğu və əməkdaşlıq etdiyi qlobal gənclər platformalarında Azərbaycanı layiqincə təmsil edib. Eyni zamanda, ARGTMŞ Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası kimi layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi olaraq, ölkəmizin zəngin multikultural mədəniyyətini, xalqımızın tolerantlığını Avropa və dünya ictimaiyyətinə çatdırıb. Həmçinin, Milli Şura üzvü olan gənclər təşkilatları ilə birgə Gəncə şəhərinin 2016-cı il üzrə Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak edib, ölkəmizdə həyata keçirilməsi planlaşdırılan bir sıra irimiqyaslı beyənlxalq gənclər tədbirlərinə dəstək tədbirləri həyata keçirir.

 

nayora.az-a istinadən

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə