Çap

Azərbaycanın müstəqillik günü Nyu-Yorkda qeyd edilib

Tarix . Kateqoriya Xəbərlər

musteqillik gunu nyu yorkda

 

  Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Nyu-Yorkda qeyd edilib.

Gemi.az xəbər verir ki, bu barədə diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, şəhərin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub.

Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səsləndikdən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Yerdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.

“Bowling Green” parkında keçirilən bayram tədbirində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə