Çap

Kanadaya miqrasiya qaydaları – ARAŞDIRMA

Tarix . Kateqoriya Xəbərlər

canada

Dünyada qloballaşma prosesi sürətlə artır. Bu həm iqtisadiyyat, həm də insanların bir ölkədən başqa ölkəyə miqrasiyasında da özünü göstərir. Hətta elə ölkələr var ki, miqrant qəbulunda da maraqlıdır. Belə ölkələrdən biri də Kanadadır.

Bu ölkənin parlamenti ölkə vətəndaşlığının alınmasını sadələşdirən qanun layihəsini də müzakirə edir. Belə ki, 2017-ci ildə 300 min miqrantı qəbul etməyi planlaşdıran rəsmi Ottava bu rəqəmi 450 min nəfərə çatdırmağı düşünür. Eyni zamanda vətəndaşlıq almaq üçün tələb olunan ingilis və fransız dili imtahanlarının da aradan qaldırılması təklif olunur.

Gemi.az ölkə vətəndaşlarının Kanadaya maraqlarının artdığını nəzərə alaraq, bu ölkəyə miqrasiya qaydalarını təqdim edir.

Məlumat üçün qeyd edək ki, Kanadanın Azərbaycanda səfirliyi olmadığı üçün Azərbaycandan bu ölkəyə miqrasiya etmək istəyənlərin sənədləri toplanaraq Kanadanın Ankaradakı konsulluğuna göndərilir. Bakıda sənədlər Beynəlxalq Miqrasiya Təşkilatında (BMqT) qəbul edilir.

Ekspert Maya Nağıyevanın sözlərinə görə, sənədlər Ankaraya 1 həftə ərzində çatır:

“Buna səbəb Bakıdan Ankaraya uçuşların həftədə iki dəfə həyata keçirilməsidir. Kanadaya səfər etmək istəyənlər də sənədlərini Kanadanın ölkəmizdəki rəsmi nümayəndəliyi BMqT-a təqdim etməlidirlər. Nümayəndəlik Yaşar Hüseynov küçəsi 18, AZ-1069 ünvanında yerləşir.

Viza rüsumlarına gəlincə isə M.Nağıyeva bu məbləğin 120-160 avro aralığında olduğunu bildirib: “Rüsumun məbləğinin dəyişməsi alınan vizanın müddətindən asılıdır. Viza, adətən, 6 aylıq müddətə verilir.

Bundan başqa, Kanadaya səfər edən şəxsin bank hesabında ən azı 5 min Kanada dolları (3779 ABŞ dolları) olmalıdır. Viza verilməsi və ya imtina edilməsi qərarı yalnız Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Bürosu (IRCC) immiqrasiya məsələləri üzrə məsul əməkdaşları tərəfindən verilir”.

Ekspert Azər Allahverənov Kanadaya miqrasiya qaydalarının Avropa ölkələri ilə müqayisədə şərtlərinin elə də sərt olmadığını qeyd edib.

Ekspertin sözlərinə görə, buna səbəb Kanada hökumətinin miqrantların hesabına iqtisadi proqramların inkişafına nail olmasıdır. 

“Məhz bu səbəbdən həmin ölkədə hətta miqrasiya proqramlarının olduğu da bildirilir”, - deyə ekspert sözlərinə əlavə edib.

A.Allahverənov bu ölkəyə miqrasiya edə bilmək üçün ən əsas şərtlərdən birinin də ingilis və ya fransız dillərini bilməyin vacib olduğunu bildirib: “Kanadaya miqrasiya etmək istəyənlərin sənədlərinə və suallara verdikləri cavablara görə müəyyən ballar verilir. İndi mininal bal 65 müəyyən edilib. Əvvəllər isə toplanmalı olan bal 75 idi”.

Ekspertin bildirdiyinə görə, əgər Kanada vətəndaşı əcnəbi kişi və ya qadınla ailə həyatı qurursa,  Kanada vətəndaşı olan şəxs ilk 6 ayda əcnəbi şəxsin bütün maliyyə xərclərini qarşılamalıdır: “2016-cı ilin statistikasına görə, Kanadada 36 milyon 286 min insan yaşayır. Onlardan 17 milyon 995 min nəfəri kişi, 18 milyon 290 min nəfəri isə zərif cinsin nümayəndələridir”.

Ekspertin sözlərinə görə, çox vaxt qaçqın kimi Kanadaya miqrasiya etmək istəyənlər problemlərlə üzləşir: “Ən əsas da əgər Kanada 3-cü bir ölkə kimi seçilibsə. Misal üçün, əgər Əfqanıstan vətəndaşı Avropaya miqrasiya edibsə və buradan da Kanadaya getmək istəyirsə, həmin şəxs sübut etməlidir ki, həqiqətən də, Avropada olduğu şəhərdə ona qarşı əsassız təqiblər olub.

A.Allahverənov Kanadada peşələrin xüsusi təsnifatlarının olduğunu qeyd edib: “Bunlar Zero A, B, C və D kateqoriyalarına bölünüb. Zero kateqoriyası, əsasən, Kanadada vacib olan peşə sahələrini əhatə edir. Misal olaraq, bura balıq ovlayan gəminin kapitanı kimi vəzifə daxildir. A kateqoriyasına isə həkim, arxitektur və s. bu kimi peşələr daxildir.

Ən sonuncu iş təsnifatını isə D qrupu əhatə edir. Bu qrupa daxil olan işlər neft sektorunda fəhlə, meyvə və tərəvəzlərin çeşidlənməsi kimi işlər aiddir”.

Xatırladaq ki, Kanadada rəsmi iki dövlət dili var - ingilis və fransız. Yerli əhalinin 67%-i ingilis, 21,5%-i fransız dilində danışır. Kanadanın ən böyük şəhərləri isə Toronto, Monreal, Vankuver və Ottavadır.

Ölkənin paytaxtı isə Ottava şəhəridir. 2016-cı ilin statistikasına görə, Kanadada 175 min azərbaycanlı yaşayır.

Mənbə:www.oxu.az

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə