Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Türkiyənin İzmit şəhərində anım tədbiri keçirilib.
Gemi.az-ın APA-ya əsasən verdiyi məlumatına görə, "Xocalı Şəhidləri Anıtı" abidəsinin yerləşdiyi parkda keçirilən görüşdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar iki ölkə arasında münasibətlərinə toxunaraq bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, qardaş ölkə yoxdur və bu qardaşlığa əsaslanaraq ən çətin günlərdə belə bir-birinə dəstək verirlər. Dağlıq Qarabağın işğalı, Xocalıda ermənilərin törətdiyi soyqırımına toxunan B. Dündar bu faciəyə ədalətli qiymət veriləcəyini deyib: "Tarixə diqqət yetirsək görərik ki, əsrin əvvəllərində türklərin başına çox zülmətlər gətirilib. Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Xocalıda 613 insan bir gecədə işgəncə ilə qətlə yetirilib. Biz bu tarixi unutmamalıyıq və hər zaman düşmənimizi tanımalıyıq".