Şəkidə gənclər üçün treninq keçirilib
Aprelin 20-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib.
Gemi.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunu əhatə edən treninqdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilib.