"Qarabağa sülh! Qarabağa ədalət!" kampaniyası Gənclər Təşkilatlarını bir araya topladı.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən "Qarabağa sülh! Qarabağa ədalət!" Kampaniyası çərçivəsində gənclər təşkilatları və fəal gənclərin iştirakı ilə tədbir keçirilib.
Gemi.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükut ilə anması ilə başlanılıb. Tədbirdə cəbhə bölgəsində yaşaşanan hadisələr müzakirə olunub, Azərbaycan Ordusunun uğurları barəsində gənclərə məlumat verildi. Düşmən tərəfindən verilən təxribat xarakterli məlumatların üstü açılaraq, gənclər təşkilatlarına və gənclərə informasiya müharibəsində fəal iştirak etməyə çağırış edilib.