Çap

Məleykə Abbaszadə: “IX sinif şagirdləri təhsildən yayınırlar”

Tarix . Kateqoriya Xəbərlər

meleyyka

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Gemi.az-ın  Apa-ya istinadən verdiyi məlumatına görə, iclasın gündəliyində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsinin qaydaları layihəsinin, DİM və “British Council” Azərbaycan təşkilatı arasında imzalanmış Niyyət Məktubunun, buraxılış sinfi şagirdlərinin təhsilə davamiyyəti və imtahan nəticələrinin müqayisəsi, DİM-in Nizamnaməsinə uyğun olaraq qurumun fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlərin müzakirəsi aparılıb.

Birinci məsələyə dair çıxış edən mərkəz rəhbəri Məleykə Abbaszadə və təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd ediblər ki, sənəd Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, sənəddə əks olunan bir çox prinsipial məsələlərə dair razılıq əldə edilib.

Çap

Bakıda gənclər sahilyanı əraziləri təmizlədi

Tarix . Kateqoriya Xəbərlər

temizlik

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. 

Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.

Çap

Referendumun yekun nəticələri açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

msk

 

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb.

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb.

Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib.

Səsvermənin nəticələri aşağıdakı kimidir:

Çap

Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib

Tarix . Kateqoriya Xəbərlər

siaphoto 566468
 
 Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanat verib.
Gemi.az-ın APA-ya istinadən verdiyi  xəbərə görə, bəyanatda bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib.
"26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər", - deyə bəyanatda qeyd olunub.
Çap

Azərbaycan prezidenti: Referendumun yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülüb

Tarix . Kateqoriya Xəbərlər

aliyevvv
 
 
 Azərbaycan prezidenti İlham Əliyev Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının prezidenti, AŞPA-nın fəxri üzvü Goris Emiel Stefaanın başçılıq etdiyi, Malta parlamentinin spikeri, Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası müşahidə missiyasının rəhbəri Farrugia Angelonun, eləcə də Malta, Serbiya, İtaliya, Fransa, Monteneqro, Bosniya və Herseqovina, Rumıniya parlamentlərinin deputatlarının və Avropa Şurası Parlament Assambleyasının üzvlərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Gemi.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, dövlət başçısı Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyası kimi önəmli bir qurumu təmsil edən qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən və referendumun monitorinqi prosesində iştirakından məmnunluğunu ifadə edib.
Çap

Gənc jurnalistlər üçün yeni layihəyə başlanılıb

Tarix . Kateqoriya Xəbərlər

jurnalist

 “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.

Gemi.az xəbər verir ki, bu barədə Oxu.Az-a “ASAN xidmət”dən verilən məlumata görə, layihənin ilk günündə hüquqşünas Tağı Tağızadə və media eksperti Elvin Şirinlitərəfindən ilkin təlimlər keçirilib. 

Jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyillər barədə məlumat verilib və Azərbaycanda qanunvericilik və təcrübədə tətbiqi ilə bağlı məsələlərə toxunulub.

Çap

Ramiz Mehdiyevin kitabı italyan dilində çap olunub

Tarix . Kateqoriya Xəbərlər

mextiyev book 230916

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İtaliyanın “Eurasian Books” nəşriyyatında italyan dilində çap olunub.

Gemi.az-ın Oxu.az-a istinadən verdiyi məlumatına görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb.

Çap

Qafqaz Universitinin diplomu tanınmayacaq – Qərar

Tarix . Kateqoriya Xəbərlər

qafqaz uni

Türkiyənin Təhsil Şurası (YÖK) Qafqaz Universiteti ilə bağlı gözləniləməz qərar verib.
Gemi.az-ın verdiyi  məlumata görə, Şura Qafqaz Universitinin diplomlarının Türkiyədə tanımayacağı barədə qərar qəbul edib.
Qeyd edək ki, qərara əsasən Qafqaz Universitetində təhsil alan türk tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.
Çap

2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarı

Tarix . Kateqoriya Xəbərlər

uefa euro logo 2020

UEFA 2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarını rəsmən təqdim edib.

Gemi.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, turnirin loqotipi körpü seçilib.

Yarışların şüarlarından biri isə “birləşmiş futbol vətəndaşları”dır.

Qitə çempionatının keçiriləcəyi 13 ölkə arasında Azərbaycan da var.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə