Təhsil krediti almaq istəyənlər üçün yeni şans
"Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.
Gemi.az xəbər verir ki, bu barədə Fonddan Trend-ə verilən məlumata görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixlərində başlayacaq.
Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.