'iPhone 7' qaynadıldı və donduruldu
UNEC magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır
Azərbaycanda Neftçilər Günü qeyd olunur
BDU-nun on tələbəsi prezident təqaüdünə layiq görüldü - SİYAHI
Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Bakı Dövlət Universitetinin on tələbəsi var.
Abdullayeva Töhfə Etibar qızı (690)
Bayramlı İlkin İlqar oğlu (686)
Cəfərov Elgün İlqar oğlu (696)
İsayev Elvin Manaf oğlu (700)
Kərimli Elman Bəhruz oğlu (696)
Qurbanlı Həcər Hatəm qızı (691)
Məmmədova Nuranə Asif qızı (687)
Məmmədzadə İlqar Tacəddin oğlu (690)
Səfərli Məhəmməd Elburus oğlu (692)
Şərifli Əli Mütəlim oğlu (686)
Gemi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Prezident təqaüdünə layiq görülən tələbələrdən altı nəfəri Azərbaycan, dörd nəfəri isə ingilis bölməsində təhsil alırlar.
Kiyevdə Azərbaycanın sifariş etdiyi "An-178" təyyarəsi təqdim olunub
İlham Əliyevdən Sarkisyana tutarlı və sərt cavab
MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.
Gemi.az Publika.az-a istinadən verdiyi məlumata görə, Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Prezident İlham Əliyev Belarus Prezidentindən xahiş etdi ki, ona danışmaq üçün imkan versin. Belarus Prezidentinin razılığından sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək dedi:
- Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım.
50 milyon azərbaycanlı dünyanın hansı ölkələrində yaşayır? - SİYAHI
Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılar dünyanın 5 qitəsində məskunlaşıblar. Soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Bu barədə Gemi.az Publika.az-a istinadən xəbər verir.
Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi qərarı 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilib.
İlham Əliyev Sabirabadda pambıq sahəsi ilə tanış olub
Prezident İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub. Gemi.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı pambıqçılarla görüşüb və söhbət edib.
Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq
Sentyabrın 26-ı qeyri-iş günü olacaq.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.
Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-i vəziyyətinə 9 milyon 765,4 min nəfərə çatıb.
Gemi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən "Apa-Economics"ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.
Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.