Çap

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı 26 avqustdan başlayır

Tarix . Kateqoriya Xəbərlər

dovlet qullugu

 

 12 və 19 iyul tarixlərində elan edilmiş müsabiqələr üzrə test imtahanı mərhələsi 26 avqust tarixindən başlayacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Apa-ya verilən məlumata görə, test imtahanlarının keçirilmə tarixi və yeri komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində yerləşdirilib.

 

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Namizədlər komissiyanın rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində “Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat” elektron xidmətindən də istifadə edərək test imtahanının vaxtını və yerini öyrənə bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Çap

Bakının bəzi yerlərində pulsuz “WiFi” şəbəkəsi yaradılır

Tarix . Kateqoriya Xəbərlər

wifi

 

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.

 

Gemi.az xəbər verir ki, bu barədə Nazirlikdən Apa-Economics”ə verilən məlumata görə, layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərini ictimai “Wi-Fi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.

Çap

Rio-2016: Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

rio2016
 
 Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında ən çox qızıl medal qazanmış ölkələrin siyahısı tərtib edilib.
 
Gemi.az  APA-ya istinadən xəbər verir ki, Olimpiya oyunlarında medal cədvəlində ilk yeri ABŞ idmançıları tutub: 46 qızıl, 37 gümüş, 38 bürünc medal.
Böyük Britaniya  27 qızıl, 23 gümüş və 17 bürünc medalla 2-ci pilləyə yüksələ bilib.
Çap

Alimlər ərincək olmağı yüksək IQ ilə əlaqələndirdi

Tarix . Kateqoriya Xəbərlər

3455

Independent nəşrinin Journal of Health Psychology-ə istinadən verdiyi məlumata görə, Florida universitetinin alimləri iddia edirlər ki, ərincəklik insanın yüksək IQ-ə sahib olduğundan xəbər verir.

Araşdırma müəllifləri 10-larla tələbənin iştirak etdiyi eksperiment həyata keçirmişlər. Bu zaman onlara xüsusi hazırlanmış sorğu vərəqini doldurmaları və onlara təklif edilən çətin tapşırıqların həlli zamanı istifadə edəcəkləri variantlardan birini seçmək tapşırılır.

Nəticələr əsasında 60 nəfərdən ibarət təcrübə qrupu yaradılır. Sorğu iştirakçılarının yarısı tapşırıqların icrasından məmnunluq duyduqlarını, digər yarısı isə tapşırıq mühüm olduqda onun haqqında düşündüklərini bildirir.

Çap

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edilib

Tarix . Kateqoriya Xəbərlər

 

tqdkaa

 Bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan edilib.

 

Gemi.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

Dolların avqustun 22-nə olan məzənnəsi açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Gemi.az xəbər verir ki, AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi avqustun 22-nə 1,6204 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün də dollar 1,6204 manata bərabər olub.
Çap

Lənkəranski burada dəfn olunacaq

Tarix . Kateqoriya Xəbərlər

defn
 
Bu gecə cənazəsi doğulduğu doğma şəhərinə gətirilən məşhur avtoritet Rövşən Lənkəranski bir azdan torpağa tapşırılacaq.
 
Gemi.az xəbər verir ki, "Qafqazinfo"nun Lənkəranda olan əməkdaşlarının məlumatına görə, artıq Lənkəranskinin dəfni üçün məzar hazırlanır. O, atasının qəbrinin yaxınlığında geniş ərazidə son mənzilə yola salınacaq.
Çap

Dollar durmadan bahalaşır - Bu günün rəsmi məzənnəsi

Tarix . Kateqoriya Xəbərlər

 
dollar
 
 
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Gemi.az xəbər verir ki, AMB-dən musavat.com-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 18-i ilə müqayisədə 0,25% artaraq 1,6204 manat səviyyəsinə yüksəlib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,8370 manat olub.
Çap

Ali təhsil müəssisələrində boş yerlərə və peşə məktəblərinə ixtisas seçimi başa çatır

Tarix . Kateqoriya Xəbərlər

tqdka

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Gemi.az xəbər verir ki, bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatda deyilir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam  orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

Çap

Xaricə təhsil almağa gedənlərə “Diaspor dərsləri” keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

gg

 

Nabranda “Xaricdəki gənclərimizin perspektiv fəaliyyəti” müzakirə olunub.

Gemi.az-ın  Diaspora.az-a istinadən verdiyi xəbərinə görə, xaricdə yaşayan və təhsil alan gənclərimiz avqustun 13-də Nabrana səfər ediblər. Səfər Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (AİYA) tərəfindən təşkil olunub.

Səfərin məqsədi xaricdə yaşayan gənc soydaşlarımızın Vətənlə əlaqələrini möhkəmləndirmək, onları həqiqətlərimizi xaricdə yaymağa təşviq etmək və perspektiv layihələrin müzakirəsini aparmaqdır.

 

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə