Çap

Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

milli meclis

Azərbaycanda Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatı açıqlanıb.

 

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin Milli Məclisdə (MM) keçirilən təqdimatında MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: “Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.

Çap

Dövlət qulluğu imtahanına necə hazırlaşmalı? – ÜSULLAR

Tarix . Kateqoriya Xəbərlər

dovlet qullugu

Hər işə başlamazdan əvvəl prinsip olaraq müəyyənləşdirilməsi vacib olan amillərdən biri də lazım olan informasiyanı necə? və harada? axtarmalı olduğumuzu bilməkdir.

Aydınır ki,ölkəmizdə dövlət qulluğunda çalışan və çalışmaq istəyən kifayət qədər insan var. Bu dəfə bir çox namizədlər üçün qaranlıq olan bəzi suallara aydınlıq gətirəcəyik. Dövlət qulluğu nədir? Müsabiqəyə necə hazırlaşmalıyam? Proqram və vəsaitlər nələrdən ibarətdir?
Bu günə qədər imtahanlar Azərbaycan Respublikasının Prezdenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılırdı. Yeni qaydalara əsasən isə imtahanlar, TQDK və DQMK birləşməsindən yaranmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən keçiriləcək.

Çap

Prezident İlham Əliyev Rusiyanın təhsil və elm nazirini qəbul edib

Tarix . Kateqoriya Xəbərlər

prezident eliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyevanı qəbul edib.

Gemi.az Trend.az-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı.

Çap

Şuşanın güllələnmiş icra başçısının oğluna vəzifə verildi

Tarix . Kateqoriya Xəbərlər

shusha

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Çap

ABŞ-ın Azərbaycandakı səfirliyi viza verilməsi qaydasında dəyişiklik edib

Tarix . Kateqoriya Xəbərlər

abs azerbaycan sefirliyi

 

ABŞ səfirliyi konsulluq şöbəsinin davam etdiyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi və viza prosesinin sürətləndirməsi sahəsində göstərdiyi səylərinin bir hissəsi olaraq ABŞ vizalarını yeniləmək üçün müəyyən təcrübəli ərizəçilər üçün Azərbaycanda Müsahibəsiz Güzəştli Viza Proqramını tətbiq edir.
Gemi.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.
Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsumunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services  (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. 1 yanvar 2008-ci il tarixinə kimi viza alan şəxslər səfirliyə gəlib öz barmaq izlərini verməlidirlər.
Çap

Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb

Tarix . Kateqoriya Xəbərlər

aliyev imza
 
Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb.
Gemi.az  “APA-Economics”-ə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
Çap

Avropa İttifaqına növbəti zərbə

Tarix . Kateqoriya Xəbərlər

italiya avropa birliyi

Böyük Britaniyadan sonra İtaliya da Avropa Birliyini tərk edə bilər.

Gemi.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən məsələ dekabrın 4-də İtaliyada keçiriləcək referendumun nəticəsindən asılı olacaq.

Həmin vaxtı İtaliya konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum keçiriləcək. Əgər referendumda “Xeyr” üstünlük təşkil edərsə, o zaman İtaliya da Avropa Birliyi üzvlüyündən çıxa bilər. Çünki İtaliyada keçiriləcək 4 dekabr referendumunda İtaliyanın indiki Baş naziri Matteo Renzinin hökumətdə qalıb-qalmaması müəyyən olunacaq.

Çap

Şura 2017-ci il qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib

Tarix . Kateqoriya Xəbərlər

qrant 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədi ilə QHT-lərin rəy və təkliflərini öyrənmək üçün ictimai müzakirə keçirib.
Gemi.az Qhtxeber.az-a istinadən verdiyi məlumata görə, toplantıda ilk olaraq Şuranın yeni hazırladığı layihələrin elektron qəbulu proqram təminatı təqdim edilib. QHT nümayəndələrinin adıçəkilən proqramdan istifadənin texniki detalları ilə bağlı sualları cavablandırılıb. 
Çap

Ev alanda yaşamaq icazəsi verən – 10 ÖLKƏ + MƏBLƏĞLƏR

Tarix . Kateqoriya Xəbərlər

chicago 1

Ev alaraq kirayə vermək artıq uzun müddətdir ki, öz aktuallağını saxlayır. Hətta bəzi şəxslər bu üsulu əcnəbi ölkələrdə də həyata keçirirlər. Əksər ölkələrdə investisiya yatıran xarici vətəndaşlara əlverişli təkliflər edilir.

Belə təkliflərdən biri də əcnəbi ölkədə ev alan şəxslərə edilir. Bir neçə ölkə var ki bu ölkələrdən mənzil alınan xarici vəıtəndaşa müvəqqəti yaşamaq hüququ verilir.Qeyd edək ki belə ölkələrin sayı ilbəil artır. 

Gemi.az Oxu.az-a istinadən ev alacağınız təqdirdə hansı ölkədə müvəqqəti yaşamaq hüququ veriləcək ölkələrin siyahısını təqdim edir.

Çap

Proqnoz: Gələn il avro və dollar arasında paritet yaranacaq

Tarix . Kateqoriya Xəbərlər

dollar avro

 

Son 15 il ərzində ilk dəfə avronun dollara qarşı məzənnəsində paritet yarana bilər. 

Gemi.az-ın "Apa Economics"ə istinadən verdiyi xəbərinə görə, "Societe Generale" bankının analitikləri hesab edir ki, 2017-ci ilin əvvəlində Avrozonanın vahid valyutası dollarla bərabərləşəcək. Ekspertlər hesab edirlər ki, buna səbəb siyasi qeyri-müəyyənliklərin artmasıdır.

 

Son iki həftə ərzində avro bir neçə dəfə 1,06 dollar səviyyəsindən aşağı enib. "Societe Generale" analitiklərinin proqnozuna görə, 2017-ci ilin ilk rübündə avronun məzənnəsi 1 dollaradək enəcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə