Çap

“Gənclərin inkişafında qeyri-formal təhsilin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Tarix . Kateqoriya Xəbərlər

intiqam babayev

 

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclərin inkişafında qeyri-formal təhsilin rolu" mövzusunda beynəlxalq konfransı başlayıb. 


Gemi.az Apa-ya istinadən məlumatına görə, konfransın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, konfrans Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planına uyğun keçirilir.

Konfransda məqsəd MDB ölkələri gəncləri arasında əməkdaşlığı genişləndirməkdir. 

Çap

İsveçrə mediası Bakının Avropaya xeyrindən yazdı

Tarix . Kateqoriya Xəbərlər

drd
 
İsveçrənin gündəlik “Neue Zürcher Zeitung” qəzetində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edən məqalə dərc olunub.
Gemi.az Axar.az-a istinadən xəbər verir ki, Brüsselin noyabr ayının ortalarında Azərbaycanla yeni əməkdaşlıq müqaviləsinə dair danışıqlar apardığına toxunulan məqalədə Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğu vurğulanır. Bildirilir ki, əməkdaşlığın mərkəzi sütununu “Cənub Qaz Dəhlizi” layihəsi təşkil edir.
Çap

Avro ucuzlaşacaq? – PROQNOZ

Tarix . Kateqoriya Xəbərlər

euro

“ABŞ dollarının son günlərdə möhkəmlənməsi Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini dekabrın 13-14-də keçiriləcək iclasda artırması ilə bağlı olduğu məlumdur”. 

Gemi.az Oxu.az-a istinadən məlumatına görə, hazırda bu qərarla bağlı ehtimallar 96%-ə yüksəlib. 

Bu ehtimallar öz əksini əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin son iki həftədə 5% ucuzlaşmasında artıq büruzə verib. 

Çap

Ukraynanın baş konstruktoru Azərbaycanda təyyarə yığacaq

Tarix . Kateqoriya Xəbərlər

Kiva

Ukraynanın məşhur “Antonov” aviakompleksinin baş konstruktoru Dmitri Kiva Kiyevdən Bakıya köçüb və burada Azərbaycanın aviasiya sənayesinin qurulması ilə məşğul olacaq. Gemi.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı “Rambler News Service” (RNS) verib.
“Bəli, mən belə qərar vermişəm və bu kifayət qədər düşünülmüş addımdır. Ümid edirəm ki, Azərbaycanın maraqlarına uyğun aviasiya layihələrini gerçəkləşdirmək mənə nəsib olacaq”, - Kiva RNS-ə bildirib.
Bu qərarın necə verildiyi ilə bağlı suala cavab verərkən Kiva deyib: “Mənim “Antonov”dakı vəzifəmi sadəcə olaraq ləğv ediblər. Məndə olan məlumata görə, bunu “yuxarıdan” tapşırıblar. Odur ki, başqa çıxış yolum yox idi”.
Çap

Azərbaycanlı tələbələr daha çox hansı ölkələrdə təhsil alıb? - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

study abroad cyprus
 
2015-2016-cı tədris ilinin əvvəlində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə ən çox tələbə Türkiyə (907), Böyük Britaniya (621), Almaniya (316), Rusiya (247), Kanada (195), Niderlandda (139) təhsil alıb.
Gemi.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən  məlumat verilib. Qeyd olunan tədris ilində əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2998 nəfər olub. Onlardan 320-si MDB, 2678 nəfəri digər ölkələrin payına düşür.
Bundan başqa, tələbələr Belarusda 36, İsveçrədə 82, Ukraynda 37, ABŞ-da 57, Avstriyada 29, Avstraliyada 72, Çində 39, Fransada 54, Çexiyada 19 və s. ölkələrdə təhsil alıb.
Çap

İlin sözü açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

word of
 
Oksford lüğəti ilin sözünü açıqlayıb.
 
Bu barədə "Oxford University Press" agentliyi yaızb. 
Məlumatda bildirlir ki, açıqlanan söz "post-truth"dır (posthəqiqət). 
Həmçinin məlumatda qeyd edilir ki, bu söz əsasən ictimai rəyin yanında obyektiv faktların əhəmiyyətsiz olduğunu göstərir.
Çap

Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumu keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

 
zaza
 
Kiyevdə IV Ümumukrayna Azərbaycanlıları Forumunun keçirilməsi planlaşdırılıb.
Gemi.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) APA-ya verilən məlumata görə, Ukraynanın bütün regionlarında yaşayan azərbaycanlıların da təmsil olunacağı forumda Azərbaycan və Ukraynadan dövlət və hökumət nümayəndələri, deputatlar, siyasətçilər və bu ölkədə yaşayan milli azlıqlara məxsus təşkilat rəhbərlərinin qatılması nəzərdə tutulub.
Çap

XİN: Brüsseldə separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqədar tədbirin qarşısı alınıb

Tarix . Kateqoriya Xəbərlər

 

xin bina

 

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib. Belçikada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları da bu işdə yaxından iştirak edib".  

Gemi.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Çap

FED rəsmisi: "Dekabrda uçot dərəcəsi artırılmalıdır"

Tarix . Kateqoriya Xəbərlər

 fed resmisi
 
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) dekabrın 13-14-də baş tutacağı növbəti iclasında uçot dərəcəsinin artırılmasının tərəfdarıyam. 
Gemi.az  "APA-Economics"  istinadən xəbər verir ki, bunu ABŞ-ın Seynt Luis ştatının Federal Ehtiyyat Bankının prezidenti Ceyms Bullard bildirib.
"İnflyasiyanın çox yüksələcəyini indidən demək çox tezdir. Bazarlar dekabr toplantısında uçot dərəcəsinin artırılması ehtimalını yüksək qiymətləndirir. Mən də buna müsbət baxıram. 2017-ci ildə nə baş verəcəyi məlum deyil və bizi düşündürür", - deyə FED-in iclaslarında səsvermə hüququ olan C. Bullard bildirib.
Çap

Keçmiş həmsədr: “Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir"

Tarix . Kateqoriya Xəbərlər

metyu broyze

 

“Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?"

Gemi.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsi həlli istiqamətində irəliləyişə nail olmaq olar: “Lakin biz bilmirik yeni prezidentin başında nə var və o nə düşünür”.

“Prezidentlər və xarici işlər nazirlər görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz”, - deyə M. Brayza qeyd edib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə