Çap

Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir

Tarix . Kateqoriya Xəbərlər

 
visa
 
 Avopa İttifaqına daxil olan ölkələr Ukrayna ilə vizasız rejimin tətbiqinin təsdiqi ilə bağlı ilkin qərar verib.
Gemi.az Trend-ə  istinadən xəbər verir ki, Aİ Şurasının bununla bağlı yaydığı bəyanatda deyilir: "Şura Ukrayna ilə vizasız rejimin liberallaşdırılması ilə bağlı danışıqların mövqeyini təsdiq edir".
Qeyd edək ki, ötən ilin dekabrında Avropa Komissiyası bəyan etmişdi ki, Kiyev vizasız rejimə keçidlə bağlı tələb olunan şərtləri yerinə yetirib. Amma müvafiq qərarın qəbulu indiyə qədər ləngiyirdi.
Çap

Azərbaycan Milli Dirçəliş gününü qeyd edir

Tarix . Kateqoriya Xəbərlər

dircelis
 
 Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayıb.

1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.

 

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.

Çap

Tərtərdə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilib

Tarix . Kateqoriya Xəbərlər

unnamed 433
 
Noyabrın 15-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kənan Xudiyev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, məktəb direktorları, müəllimlər, gənclər və dindarlar iştirak ediblər.
 
Tədbiri Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova açaraq "Tolerantlıq Azərbaycanda həyat tərzidir" adlı məruzə ilə çıxış edib.
Çap

Azərbaycanda “Güzəştli mənzil” sistemi yaradılır

Tarix . Kateqoriya Xəbərlər

aliyev imza

Azərbaycan prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, fərmanda qeyd olunur ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmalı və 2017-ci il mayın 1-dən tətbiq edilməlidir.
Fərmana əsasən, “Güzəştli mənzil” sistemi aşağıdakıları təmin etməlidir:
Çap

Ortodoks yəhudilər azana qadağanı blok etdilər

Tarix . Kateqoriya Xəbərlər

yy

İsrailin baş naziri tərəfindən dəstəklənən müsəlmanların namaza çağırışı səsinin məhdudiyyətinə dair qanun layihəsi gözlənilmədən Ultraortodoks yəhudilər partiyası tərəfindən blok edilib. 

Gemi.az Oxu.az-a  istinadən xəbər verir ki, qanun layihəsinin parlamentdə birinci oxunuşu bu həftə baş tutmalı idi, amma İsrailin səhiyyə naziri, “Yaxadut xa-Tora” (Tövratın vahid iudaizmi) ultraortodoksal blokun üzvü Yaakov Litsman qanun layihəsinin əksinə çıxış edib. 

Nazirin fikrincə, müsəlmanların namaza çağırışı səsinə məhdudiyyətin qoyulması yəhudilər üçün də analoji məhdudiyyətlərin qoyulmasına gətirib çıxaracaq. 

Çap

Azərbaycan əhalisinin sayı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

ehali

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79 min nəfər və ya 0,8% artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 784,6 min nəfərə çatıb. 

Gemi.az Oxu.az istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Çap

Saxta profil və adlarla yalan məlumat yayan, təhqir və təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcək

Tarix . Kateqoriya Xəbərlər

 

zakir qaralov

 

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir.

Gemi.az-ın Apa-ya istinadən məlumatına görə, Baş prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Çap

Azərbaycanda Diaspor Komitəsi ləğv oluna bilər

Tarix . Kateqoriya Xəbərlər

img2245480

Elxan Şahinoğlu: “Diaspor Komitəsi XİN-in tərkibində fəaliyyət göstərərsə, daha yaxşı olar” 

Bu günlərdə Gürcüstanda Diaspor İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib, onun funksiyası isə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil edilib. Azərbaycanda da 2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Qurum 2002-ci ildə fəaliyyətə başlayan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılıb. Maraqlıdır, qonşu Gürcüstanda olduğu kimi, Azərbaycanda da Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyinin tərkibinə qatıla bilərmi? İndiki halda bu dəyişiklik zəruridirmi?
Çap

Prezident İlham Əliyev oliqarxların zəbt etdiyi torpaqlar haqda: "Əllərindən alınacaq"

Tarix . Kateqoriya Xəbərlər

aliyev 33

“Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə, əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər. Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək”.
Gemi.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.
Çap

Kanada bütün dünyanı Rusiyaya qarşı səslədi

Tarix . Kateqoriya Xəbərlər

 
kanada xarici isler
 
Heç bir ölkə Rusiyaya tətbiq etdiyi sanksiyaları ləğv etməməlidir.
Gemi.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kanada Xarici İşlər naziri Stefan Dion söyləyib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna və Suriyadakı davranışları Qərb üçün problem yaradır:
“Biz Rusiya ilə münasibətlərimizdə çox açıq olmalıyıq. Kanada Ukrayna məsələsi ilə bağlı tətbiq etdiyi sanksiyaları ləğv etmək niyyətində deyil və bütün ölkələri bu işdə daha sərt mövqe tutmağa çağırır”.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə