Çap

Amerikalı ekspert: "Ukrayna və Moldova Aİ üzvü olmalıdır"

Tarix . Kateqoriya Xəbərlər

 
ukr modov
 
"Avropa üçün əsas çağırış onların eyni anda bir neçə problemlə üzləşməsidir və bunlardan biri də miqrant böhranıdır".
"Report"un Vaşinqtona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Atlantik Şurası" Analitik Mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell (Frances Burwell) deyib.
"Daha əvvəl mövcudluğunu qəbul etdiyimiz sabitlik artıq yoxdur" - ekspert bildirib.
Çap

Lələtəpəyə yürüş olacaq

Tarix . Kateqoriya Xəbərlər

 
leletepe
 
9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik həftəsinə start verilib.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək.
Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək, şair və yazıçıların iştirakı ilə "Azərbaycan ədəbiyyatında bayraq" mövzusunda ədəbi-bədii gecə, "Heydər Əliyev və Azərbaycan bayrağı" mövzusunda dəyirmi masa, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü təşkil olunacaq.
Çap

Maaşların artımı gözlənilir

Tarix . Kateqoriya Xəbərlər

manat artim

Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Gemi.az Publika.az-a istinadən xəbər verir ki, Ziya Səmədzadənin sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək.

Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur.

Çap

Dekabrda dolları nə gözləyir?

Tarix . Kateqoriya Xəbərlər

dollars 3094530b

FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi toplantısında faiz dərəcəsi dəyişdirilməyərək 0.25%- 0.50% aralığında saxlandı.

 Gemi.az Publika.az-a istinadən xəbər verir ki, onsuz da bu toplantıda bazar iştirakçıları, iqtisadçılar FED-in faiz artımına getməyəcəyini gözləyirdilər.

Bankın açıqlamasında bildirilir ki, iclasda FED rəsmiləri sürətlənən inflyasiya şəraitində faiz artımı üçün zəminin gücləndiyini deyiblər. Bu da dekabr ayında faiz artımının baş verəcəyini göstərir.

Komitə federal fond faizində (uçot dərəcəsi) artım üçün zəminin güclənməkdə olduğunu deyib. Bildirilib ki, hədəflərə doğru davam edən poseslərdən daha çox işarə görmək üçün bir az da gözləyəcəklər.

Çap

Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

untitled 2

 

  Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə 4 fevral 2017-ci ildə  Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək. Gemi.az bu barədə Apa-ya istinadən xəbər verir.

DAA prezidenti Rəşad Quliyev bildirib ki, Almaniyanın Köln şəhərində təşkil olunacaq  tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək.

Çap

Mikayıl Cabbarov: “Universitetə daxil olanların sayı iki dəfə artıb”

Tarix . Kateqoriya Xəbərlər

mika

“1990-ci ildə 25 Ali təhsil məktəbi var idisə, 2016-cı ildə bu rəqəm 53 olub".

Gemi.az Publika.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Elm festivalında deyib.

Nazir deyib ki, bu il ali məktəbə daxil olan şagirdlərində sayı artıb: “2016-ci ildə universitetə daxil olanların sayı 1990-cı ilə nisbətən 2 dəfə artıb. Hazırda təhsilmizdə inkişaf var və bu inkişaf davam edir”.

Çap

II Azərbaycan Elm Festivalı keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

elm festivali

31 oktyabr - 5 noyabr  2016-cı il tarixlərində AMEA-nın təşkilatçılığı ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək. Gemi.az məlumat verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından Apa-ya verilən xəbərə görə, festivalın keçirilməsinə Təhsil Nazirliyi,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universiteti təşkilati dəstək göstərir.

Çap

Gələn ildən hər 3 müəllimdən birinin əmək haqqı artımla ödəniləcək

Tarix . Kateqoriya Xəbərlər

diaqnostik qiymetlendirme

Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Gemi.az-ın Trend-ə istinadən məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: “Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun – Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar”.

Çap

Bakıda “İtalyan Festivalı” keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

flag italii

3-4 noyabr 2016-ci il tarixində Bakıda “Dünya İtalyan Dili Həftəsi” çərçivəsində “İtalyan Festivalı” adlı tədbir keçiriləcək.

Gemi.az bu barədə Oxu.az-a istinadən xəbər verir.  İtaliya səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyi ilə təşkil olunan festivalın 1-ci günü yerli və italyan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı, ardından italyan geyim, ayaqqabı və zərgərlik brendlərinin moda nümayişi, italyan şərablarının dequstasiyası və musiqi konserti nəzərdə tutulub. 

Çap

Dekabrda dolların bahalaşacağı dəqiqləşir

Tarix . Kateqoriya Xəbərlər

dollars 3094530b

ABŞ Mərkəzi Bankının (FED) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans faizləri artırmaq üçün inflyasiyanın irəliləyişinin əsas götürülməli olduğunu bəyan edib.

Gemi.az Publika.az-a istinadən xəbər verir ki, Evans Çikaqoda çıxışında FED-in inflyasiya hədəfinə çatmaq üçün faizləri aşağı saxlamaq məcburiyyətində qalacağına işarə edib: "FED davamlı qiymət sabitliyinə (2%-lik inflyasiyaya) gecikmədən çatmaq üçün əzmkarlıq göstərməlidir”.

O bildirib ki, faiz artımları inflyasiyanın yüksəlməsinə görə nizamlanmalıdır. Evans eyni zamanda qısamüddətli iqtisadi mənzərənin nisbətən yaxşı olduğunu da dilə gətirib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə