Çap

Obamanın yeni evi

Tarix . Kateqoriya Xəbərlər

obama home

ABŞ-ın eks-prezidenti Barak Obama 8 ildir yaşadığı Ağ Evdən köçərək, yerini yeni prezident Donald Trampa buraxır.
Gemi.az  baku.ws-ə istinadən xəbər verir ki, Obama ailəsi iki il öncə satın aldığı yeni malikanəsinə yerləşməyə hazırlaşır.
Çap

Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışını etdi.

Tarix . Kateqoriya Xəbərlər

leyla aliyeva

IDEA Heyvanlara Qayğı Mərkəzinin açılışı olub.

Gemi.az Moderat.az-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva mərkəzin tikintisinin müxtəlif mərhələlərini əks etdirən fotostendlə tanış olub. O, mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.Vitse-prezident mərkəzlə tanışlıq zamanı xəstə heyvanların müalicə və bərpa komplekslərinə baxıb. Sonra Leyla Əliyeva müasir yem fabriki ilə tanış olub.Fabrik Azərbaycanda it və pişik qidasını hazırlayan ilk müəssisədir. Fabrikin məhsulları beynəlxalq keyfiyyət tələblərinə cavab verməklə yanaşı, sağlam qida məhsullarından hazırlanacaq.

Çap

Mark Zukerberq ilin iş adamı oldu

Tarix . Kateqoriya Xəbərlər

mark

Facebook”un yaradıcısı Mark Zukerberq ilin iş adamı seçilib.

 Gemi.az Publika.az-a istinadən xəbər verir ki, Zukerberq “Fortune” jurnalının qiymətləndirməsində bu yerə layiq görülüb.

Jurnal bildirir ki, M.Zukerberq 32 yaşında 375 milyard dollar dəyərində şirkət qura bilib. Hansı ki, bu şirkətin gəlirləri 22 milyard dollar təşkil edir.

İkinic yeri “Amazon” şirkətinin sahibi Cef Bezoz, üçüncü yeri isə “Ulta Beauty” şirkətinin direktoru Meri Dillon tutub.

Çap

Donald Tramp kimdir?

Tarix . Kateqoriya Xəbərlər

donald trump

Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Bu vaxta qədər o, mediamaqnat, yazıçı, “Trump Organization” tikinti konqlomeratının prezidenti, pullu oyun, kazinolar və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı kimi tanınırdı. Bu gündən isə dünyanın superdövlətinin rəhbəri kimi bu adı ən azı 4 il eşidəcəyik.

ABŞ-ın yeni prezidenti Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatının Kuins şəhərində anadan olub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar, ana xətti isə şotlandlara çıxır. Uşaqlıq illərində valideynləri onun enerjisini və özünə inamını lazımi istiqamətə yönəltmək ümidi ilə Nyu-York Hərbi Akademiyası adlı özəl internat məktəbə göndəriblər. Hərbi akademiya və biznes məktəbini bitirəndən sonra Donald atasının orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsindəki biznesinə kömək etməyə başlayır. Amma o, daha böyük işlərə qoşulmaq istəyirdi.

Çap

Donald Trampın verdiyi QEYRİ-ADİ VƏDLƏR – SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

donald tramp

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp 2017-ci ilin yanvar ayından etibarən prezident fəaliyyətinə başlayacaq.

Trampın seçkiqabağı kampaniyası dövründə səsləndirdiyi bəzi fikirlər və verdiyi vədlər böyük bir reaksiyaya səbəb olmuşdu.

Bunlardan bəzilərini təqdim edirik:

 

1. ABŞ su işgəncəsi və “digər güclü sorğulama üsullarından” istifadə etməlidir – Tramp su işgəncəsinin terrorçuların başkəsmə kimi qəddar üsullarının yanında heçnə olduğunu deyib.

 

2. İŞİD bombalanacaq – Donald Tramp seçkiqabağı çıxışlarında İŞİD-ə qarşı heç kimin olmadığı qədər çox sərt olacağını deyib.

 

3. Meksika ilə sərhəddə böyük bir divar hörüləcək – Tramp Meksika-ABŞ sərhədi boyunca böyük bir divarın hörüləcəyini və həmin divarın pulunun da Meksika tərəfindən ödəniləcəyini deyib. O, ABŞ-a girən meksikalıların cinayətkar olduğunu bildirib. BBC-nin təxminlərinə görə əgər həmin divar hörülsə bu işə 2.2 milyard ilə 13 milyar dollar arasında bir pul xərclənməlidir.

Çap

"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda respublika konfransı keçirilib

Tarix . Kateqoriya Xəbərlər

genclik ve dovlet musteqilliyi geleceye baxish konfrans 4

 

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda respublika konfransı keçirilib.

Gemi.az-ın Apa-ya istinadən  məlumatına görə, gənclər və idman naziri İntiqam Babayev tədbirin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunduğunu bildirib.

 

Müstəqilliyin qorunmasında və dövlət quruculuğunda gənclərin rolundan danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, 1990-cı illərin gəncliyi ilə bugünün gəncliyi arasında böyük fərq var: "Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclik müəyyən şəxslərin girovuna çevrilib, onların hakimiyyət uğrunda ambisiyalarının iştirakçısına çevrilib. O dövrdə hakimiyyətlə cəmiyyət qarşıdurmasının təməlində də gənclik dururdu. Həmin gənclik müstəqil dövlət quruculuğunda ciddi maneəyə çevrilmişdi. 1993-cü ilin avqust ayında Heydər Əliyev parlamentdə gəncliklə görüş keçirdi, gənclərin dövlət quruculuğunda rolu müzakirə edildi. Heydər Əliyev prezident seçiləndən sonra  ilk addımlardan biri kimi Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər siyasəti prioritet siyasətə çevrildi. Bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev hələ 1995-ci ildə gənclərin Birinci Forumunda çıxışında demişdi ki, ellə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz. Tək vətənpərvər olmaqla biz uğur qazana bilmərik.

Çap

Əli Həsənov: "Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir"

Tarix . Kateqoriya Xəbərlər

ali hesenov

"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".


Gemi.az-ın Apa-ya istinadən  məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. 


Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: "Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək.

Çap

Ermənistanın sabiq baş nazirindən etiraf: “Sumqayıt hadisələrini DTK təşkil etmişdi”

Tarix . Kateqoriya Xəbərlər

manukyan

"1988-ci ildə Sumqayıt hadisələrində SSRİ rəhbərliyinin əli olduğundan şübhələnirdik. Ötən əsrin əvvələrinə baxdıqda görürsən ki, Rusiya dövləti demokratik hərəkatı öz yolundan sapdırmaq üçün həmişə etnik və dini nifrət zəmnində talandan və qarşıdurmadan istifadə edib. Sumqayıtda da həmin dəst-xətt göz önündə idi…”
Bu sözləri separatçı "Qarabağ” Komitəsinin sabiq rəhbəri, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-93-cü illərdə müdafiə naziri olmuş Vazgen Manukyan Rusiyanın slon.ru saytına müsahibəsində deyib.
Dağlıq Qarabağda separatçı hərəkatın rəhbərlərindən olmuş Manukyan münaqişənin tarixi ilə bağlı maraqlı məqamlara toxunub.
Onun sözlərinə görə, Sumqayıt hadisələrində SSRİ rəhbərliyinin əli olması barədə hər hansı sübutlar yoxdur: "Amma analoji müqayisə başqadır. DTK bu qarşıdurmanın olacağından xəbərsiz ola bilməzdi. Onlar bunun qarşısını ala bilərdilər. Ya bu hadisələri DTK təşkil etmişdi, ya da əvvəlcədən bilsələr də, qarşısını almamışdılar”.

Çap

Onlar ayda 1 dəfə şəhid məzarlarını təmizləyir - Gənclərdən nümunəvi addım

Tarix . Kateqoriya Xəbərlər

gencler

Düz 5 il əvvəl Bakıda bir qrup gənc nümunəvi aksiyaya başlayıblar. Onlar məzarlıqlarda şəhid qəbirlərini taparaq, silib təmizləyir, ətrafında təmizlik işləri aparırlar. İndiyə kimi 50-yə yaxın gənc bu aksiyaya qoşulub.

Gemi.az Xezerxeber.com-a istinadən məlumat verir ki, özləri ilə su, bez parçası və qərənfil gətirərək işə başlayan bu gənclər 5 ildir maraqlı aksiya keçirir.

Onlar "Hər ay bir gün" adlı aksiya çərçivəsində ayda bir dəfə şəhid məzarlarını, həmçinin şəhidlərin yaşadıqları binalara vurulmuş şəhid lövhələrini və ətrafını təmizləyirlər.

Çap

İtirilmiş sənədləri bu ünvanda tapmaq mümkün olacaq

Tarix . Kateqoriya Xəbərlər

azerpoct

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır.

Gemi.az  nazirliyin saytına istinadən xəbər verir ki, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır. Vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və tapıldığı təqdirdə sənədi ala biləcəklər.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə