TQDK magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 05-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 16 imtahan mərkəzində aparılıcaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.