Çap

Azərbaycan əhalisinin sayı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

ehali

 

2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artıb.
 

Gemi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Apa-ya verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

 

Ölkə əhalisinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişi, 50,2%-i isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Çap

I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!

Tarix . Kateqoriya Xəbərlər

 

tqdkl

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

Gemi.az TQDK-ya istinadən xəbər verir ki, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.

Çap

TQDK iyulun 15-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün qəbul imtahanı keçirəcəkdir

Tarix . Kateqoriya Xəbərlər

tqdka

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

 Gemi.az-ın  TQDK-ya istinadın verdiyi məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçiriləcək və bütün binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcəkdir.

Çap

Aydın Əliyev: "Tax free" ilkin mərhələdə hava limanında tətbiq olunacaq"

Tarix . Kateqoriya Xəbərlər

 

aydin aliyev

 

 "Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava  limanından başlanacaq".

 

Gemi.az-ın APA-Economics-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

 

"Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər", - deyə A. Əliyev bildirib.

Çap

Manata psixoloji təzyiqlər artacaq – ekspertlər xəbərdarlıq edir

Tarix . Kateqoriya Xəbərlər

 
dollar manat
 
Manatla bağlı vəziyyət yenə kritikdir. Əksər ekspertlər bildirirlər ki, manatı ilin sonunadək indiki səviyyədə saxlamaq qətiyyən mümkün olmayacaq. Əksinə, manat yenidən və kəskin şəkildə ucuzlaşma ehtimallarını saxlayır. Ekspertlərin fikrincə, milli valyutanın dəyər itirməsini önləmək üçün bəzi addımlar atıla bilər. Ancaq bu mexanizmlərin olmaması devalvasiya narahatlığını bir qədər də artırır.
Gemi.az xəbər verir ki, bu barədə Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ümumən ən yaxşı halda, manatın indiki məzənnəsini ilin sonuna kimi saxlamaq mümkün olmayacaq: “Yəni indi məzənnə 1,55-dirsə, ən yaxşı halda, 170-ə kimi gedib çıxacaq.
Çap

Georgetown Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb

Tarix . Kateqoriya Xəbərlər

img2134952

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın nüfuzlu təhsil ocaqlarından olan Georgetown Universitetinin Makdona Biznes İnstitutunda Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində rolu barədə professor-tələbə heyəti qarşısında çıxış edib.
Gemi.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, əksəriyyətinin təhsil ilə yanaşı işgüzar fəaliyyətlə də məşğul olduğu auditoriyada əsas məruzəçi qismində çıxış edən səfir dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanın enerji siyasətinin tarixindən və qlobal enerji bazarının inkişafına verdiyi töhfələrdən danışıb. O vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasətinin öncül istiqamətlərindən olan və müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan neft strategiyamızın həyata keçirilməsinə 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə "Əsrin Müqaviləsi"nin imzalanması ilə başlanıb. Səfir bu tarixi hadisə ilə Azərbaycanın ilk dəfə olaraq, Xəzər dənizini və onun enerji ehtiyatlarını dünyanın üzünə açdığını qeyd edib.
Çap

Prezident İlham Əliyev: 'Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir'

Tarix . Kateqoriya Xəbərlər

 
aliyevv
 
 
“Azərbaycanda uğurlu inkişaf təmin edilib, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq”
 
Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir”.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu iyulun 10-nu  Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Çap

Kolleclərə ərizə qəbulunun müddəti uzadılıb

Tarix . Kateqoriya Xəbərlər

thumbnail tqdkk

Ümumi orta (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.

Gemi.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər TQDK-nın internet saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər.

Çap

​Beş dövlət Ermənistandan YUNESKO-ya şikayət edib

Tarix . Kateqoriya Xəbərlər

 
lavas
 
 
 Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İran lavaşla bağlı YUNESKO-ya birlikdə etiraz müraciəti ediblər.
Gemi.az  "Report"-a istinadən  xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya görə, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında Efiopiada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.
Çap

Bəzi kolleclərdə qəbul aparılan ixtisaslar və plan yerlərinə dəyişiklik edilib

Tarix . Kateqoriya Xəbərlər

 

a319ee02 291c 4924 a2ec ae3a6190e94a

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

 

Gemi.az xəbər verir ki, bu barədə TQDK-nın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9 illik) təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslar və plan yerləri üzrə müəyyən dəyişikliklər ediib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə