Çap

Azərbaycanda nikaha girənlərin sayı azalıb - STATİSTİKA

Tarix . Kateqoriya Xəbərlər

 183190 get married

Azərbaycanda nikaha daxil olanların sayı azalıb.

Gemi.az xəbər verir ki,  bu barədə Trend-in statistik məlumatlara istinadən verdiyi xəbərə görə, ötən il Azərbaycanda 68773 nikah qeydə alınıb. Bu, son 6 il ərzində nikaha daxil olanların sayında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2010-cu ildə Azərbaycanda 79172, 2011-ci ildə 88145, 2012-ci ildə 79065, 2013-cü ildə 86 852, 2014-cü ildə 84 912, 2015-ci ildə isə 68 773 nikah qeydə alınıb.

Ötən il Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da son 6 ilin ən aşağı göstəricisi olub.

Çap

Müəllimlərin orta yaş həddi açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

113f08116e7a1

 

 Azərbaycanda müəllimlərin orta yaş göstəricisi 45-dir.

Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, kişi müəllimlərin yaş göstəricisi 48, qadınlarda isə 43 təşkil edir. Müəllimlərin orta yaş göstəricisində minimum ortalama yaş 40 olmaqla Laçın və Yardımlı rayonlarında, maksimum isə 51 olmaqla Şirvan rayonunda qeydə alınıb. Bakı şəhəri üzrə müəllimlərin ortalama yaş göstəricisi 48-dir.

Çap

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Tarix . Kateqoriya Xəbərlər

 ramazan

İyulun 6 və 7-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Gemi.az-ın  Trend-ə istinadən verdiyi məlumata görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Çap

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Tarix . Kateqoriya Xəbərlər

ilham aliyev
 
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Gemi.az  Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlətimizin başçısı bildirib ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
Çap

Ukrayna prezidenti Azərbaycana iyulun 14-də səfər edəcək

Tarix . Kateqoriya Xəbərlər

 
o POROSHENKO facebook
 
 
Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya rəsmi səfərinin tarixi məlum olub.
Gemi.az xəbər verir ki,  Virtualaz.org-a Kiyevdən məlumatlı mənbənin bildirdiyinə görə, səfər 14-16 iyul tarixlərində gerçəkləşəcək.
Səfər çərçivəsində Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək
Çap

Azərbaycanda V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

 

imtahan 709 953

 

 

 Bu gün Azərbaycanda V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

 

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət komissiyasından Apa-ya verilən məlumata görə, imtahanlar 14 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunacaq. İmtahanda ümumilikdə 40771 nəfər iştirak edəcək.

Çap

"Yazmağı-oxumağı bacarmayanlar haqqında məlumatlar TQDK buraxılış imtahanları keçirəndə üzə çıxıb"

Tarix . Kateqoriya Xəbərlər

maleyka abbaszade 210116

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, iclas zamanı TQDK-nın və Dövlət Qulluğu məsələləri üzrə Dövlət Komissiyasının (DQMK) həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilib, fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələr müzakirə edilib.

Çap

30 iyun buraxılış imtahanı başa çatıb

Tarix . Kateqoriya Xəbərlər

   

924

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları  keçirib. 

Çap

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başlayıb

Tarix . Kateqoriya Xəbərlər

 

muellim1

Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrların işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb.

 

Gemi.az-ın  Apa-ya istinadən verdiyi xəbərə görə, elektron ərizələrin qəbulu 1-17 iyul tarixlərində aparılacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun bu müddətdə elektron ərizə ilə miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Çap

Möhsün Pakayin: 'İran Qarabağ münaqişəsində Azərbaycanın yanındadır'

Tarix . Kateqoriya Xəbərlər

 
img2125387
 
 
"Qarabağ məsələsi tezliklə, sülh yolu ilə ədalətli şəkildə həll olunmalıdır".
Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumata görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Qüds günü ilə əlaqədar "İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi" adlı konfransda çıxışı zamanı deyib.
O ümid etdiyini bildirib ki Azərbaycanın ixtiyarında olmayan torpaqlar Azərbaycan ərazisinə qaytarılacaq: "İran bu münaqişə ilə bağlı daim Azərbaycanın yanında olan mövqe sərgiləyib".

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə