Çap

Nazir möhlət hüququ ilə bağlı fərmanı şərh etdi

Tarix . Kateqoriya Xəbərlər

 XJDYFDK

 “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə minməsi elm və təhsil insanları üçün əlamətdar hadisədir.

Bu, Azərbaycan təhsili və elminin gələcəyinə qoyulan sərmayə, inkişafımızın insan kapitalı ilə bağlı olmasının təzahürüdür”.

Gemi.az-ın  Modern.az-a istinadən verdiyi  xəbərə görə Təhsil Naziri Mikayıl Cabbarov bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunu şərh edərkən bildirib.

Nazir bildirib ki, Azərbaycan təhsili növbəti illərdə bu qanundan xeyli yararlanacaq:

Çap

Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanun qüvvəyə minib

Tarix . Kateqoriya Xəbərlər

 

861744d5beb3b9f1b6d9f94050d0ac24

 

Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.


Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, dəyişiklik Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutur.

Çap

Magistraturaya minimal keçid balı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

thumb 20150715065932772

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Gemi.az xəbər verir ki, bu barədə TQDK-dan  Apa-ya verilən məlumata  görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Çap

BDU dünya universitetlərinin reytinq siyahısında yer tutub

Tarix . Kateqoriya Xəbərlər

  bdu

 

 

Bakı Dövlət Universiteti (BDU) dünya universitetlərinin reytinqini müəyyənləşdirən təşkilatların siyahısında yer tutub.

 

Gemi.az xəbər verir ki, bu barədə BDU-dan Apa-ya verilən məlumata görə, “QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşan universitet, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci olub.

Çap

Azərbaycan prezidenti Maştağa-Bilgəh yolunun və Nardaranda iki küçənin açılışında iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

001

 

 Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.

 Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumata görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.

 Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.

Çap

Sabah növbəti buraxılış imtahanları keçiriləcək

Tarix . Kateqoriya Xəbərlər

  AHZD98Y

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C. Naxçıvanski adına Hərbi Liseyin  buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, həmin gün ümumilikdə 47260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26072, XI sinif üzrə 21188).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanacaq.

Çap

Azərbaycan prezidenti: ''2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq''

Tarix . Kateqoriya Xəbərlər

 
img2115288
 
 
 “Biz gələcəyimizi bu müsbət nəticələr əsasında qururuq və uğurla qururuq. Keçən il və bu il ölkəmiz üçün sınaq ili olub. Çünki dünya iqtisadiyyatı hələ ki, böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşüb. Ona görə, bu, bizim üçün böyük bir sınaq idi”.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iyunun 17-də təşkil olunan iftar mərasimində deyib.
Çap

Bu gün Bakıda “Formula-1” yarışlarına start verildi

Tarix . Kateqoriya Xəbərlər

 

 formula1 baku

 

 Bu gün Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start verilir.

Gemi.az-ın Apasport.az-a istinadən verdiyi  məlumata görə, paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

 

Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.

 

İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.

Çap

Bakalavr, magistratura və doktorantura təhsili alanlara möhlət verildi

Tarix . Kateqoriya Xəbərlər

 
 
 1465476824 47
 
 
“Azərbaycanda hərbi xidmətə çağırşılıarımızın sayı 121 mindən 137 minə qalxıb. Deməli, Azərbaycanda hərbi çağırışçı problemi yoxdur. Dördgünlük hərbi əməliyyatlar da sübut etdi ki, Azərbaycana peşəkar ordu lazımdır. Ona görə də kimsə “bir alim hərbi xidmətdə olmayacaqsa, onun yeri boş qalacaq” deyə, düşünməsin”. 
Deputat Zahid Oruc bu fikirləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi barədə müzakirələrdəki çıxışı zamanı bildirib. Qeyd edək ki, prezidentin tapşırığı ilə dəyişikliklər edilən sözügedən qanunda bakalavr, magistr və doktorantura pillələrində təhsil alanlaa hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapır.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə