Çap

Bakalavr, magistratura və doktorantura təhsili alanlara möhlət verildi

Tarix . Kateqoriya Xəbərlər

 
 
 1465476824 47
 
 
“Azərbaycanda hərbi xidmətə çağırşılıarımızın sayı 121 mindən 137 minə qalxıb. Deməli, Azərbaycanda hərbi çağırışçı problemi yoxdur. Dördgünlük hərbi əməliyyatlar da sübut etdi ki, Azərbaycana peşəkar ordu lazımdır. Ona görə də kimsə “bir alim hərbi xidmətdə olmayacaqsa, onun yeri boş qalacaq” deyə, düşünməsin”. 
Deputat Zahid Oruc bu fikirləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi barədə müzakirələrdəki çıxışı zamanı bildirib. Qeyd edək ki, prezidentin tapşırığı ilə dəyişikliklər edilən sözügedən qanunda bakalavr, magistr və doktorantura pillələrində təhsil alanlaa hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapır.
Çap

TQDK iyunun 16-da ilk buraxılış imtahanlarını keçirəcəkdir

Tarix . Kateqoriya Xəbərlər

  answer sheet with pencil

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.

Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, həmin gün ümumilikdə 45827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25530, XI sinif üzrə 20297).

Çap

Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir

Tarix . Kateqoriya Xəbərlər

  son zeng

 

 Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Apa-ya verilən məlumata  görə, cari tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirir. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

 

 Təhsil naziri Mikayıl Cabbarov  “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunur.

Çap

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Tarix . Kateqoriya Xəbərlər

 

  imtahan 3 700x390

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir. 

Gemi.az  Tqdk-ya istinadən xəbər verir ki, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlanacaq.

Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.

Çap

Xaricdə magistratura və doktoranturada təhsil almaq istəyənlərə də hərbi xidmətdən möhlət hüququ verilir

Tarix . Kateqoriya Xəbərlər

  milli meclis 700x390

  Xarici ölkələrin bütün ali təhsil və elm müəssisələrində magistratura və doktorantura səviyyəsində də təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına hərbi xidmətdən möhlət hüququ verilir.

 Gemi.az Apa-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21.1.5-ci maddəsinə əlavələr təklif edilir.

 

 Azərbaycan prezidentinin təklif etdiyi layihəyə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Çap

TQDK valideynlərə müraciət etdi

Tarix . Kateqoriya Xəbərlər

  tqdk 975 1

 2015/2016-cı tədris ili üzrə ümumtəhsil məktəblərinin 197 063 nəfər buraxılış sinif şagirdindən 196 391 nəfəri haqqında məlumatlar şəxsiyyəti təsdiq edən sənəd əsasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının“Şagird-məzun” elektron məlumat sisteminə daxil edilib.

Gemi.az xəbər verir ki, bu barədə Modern.az-a TQDK-dan məlumat verilib.

Naxçıvan MR, Ağcabədi, Agdam, Ağstafa, Bərdə, Daşkəsən, Göyçay, Naftalan, Qax, Saatlı, Tovuz, Ucar, Xızı, Xocalı rayon və şəhərlərində buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib.

Çap

Prezident İlham Əliyev Berlindən Qarabağ çağırışı etdi

Tarix . Kateqoriya Xəbərlər

 
   final final 0707
 
  Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri davam edir. Səfərin ikinci günü Azərbaycan prezidenti Almaniya İqtisadiyyat və Energetika Nazirliyində keçirilən Azərbaycan-Almaniya biznes forumuna qatılıb və orada çıxış edib
Gemi.az-ın Musavat.com-a istinadən verdiyi  məlumatına görə, Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriellə birgə forumu açan prezident İlham Əliyev çıxışına “Dağlıq Qarabağ konflikti həllini tapmalıdır” sözləri ilə başlayıb. 
Çap

Təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə güzəştli kreditlər veriləcək

Tarix . Kateqoriya Xəbərlər

 
  tehsil haqq
 
Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək.
Gemi.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə MTKF-nin icraçı direktoru Rüfət Mahmud deyib.
 
Çap

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnu nəzərdə tutan layihə MM-in plenar iclasına tövsiyə olunub

Tarix . Kateqoriya Xəbərlər

 

  milli meclis

 

 

  Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti  İlham Əliyev tərəfindən Milli Məclisə  təqdim olunan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

 Gemi.az xəbər veriri ki, bu barədə parlamentdən Apa-ya verilən məlumata görə, iclasda komitə sədri Ziyafət Əsgərov  layihə barədə məlumat verib.

Çap

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər - Prezidentdən təşəbbüs

Tarix . Kateqoriya Xəbərlər

  
  uyg
 
 Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
 
Gemi.az xəbər verir ki, bu barədə komitə üzvü Zahid Oruc musavat.com-a açıqlamasında bildirib ki, ölkə başçısı Milli Məclisə təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif edir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə