Xaricdə əyani təhsil alan Azərbaycan vətəndaşlarına hərbi çağırışdan möhlət hüququ verilməsinə dair məhdudiyyət aradan qaldırılır
Xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.
Gemi.az xəbər verir ki, Milli Məclisdən Apa-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir. Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.