Bəzi kolleclərdə qəbul aparılan ixtisaslar və plan yerlərinə dəyişiklik edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Gemi.az xəbər verir ki, bu barədə TQDK-nın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9 illik) təhsil bazasında tələbə qəbulu aparılan ixtisaslar və plan yerləri üzrə müəyyən dəyişikliklər ediib.