Prezident ipoteka kreditləşməsi haqda sənəd imzaladı
Xaricə çıxışınıza "STOP" qoyulubmu? -Burdan öyrənin
Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.
Gemi.az-ın Lent-az-a istinadən verdiyi xəbərə görə, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.
Nazir möhlət hüququ ilə bağlı fərmanı şərh etdi
Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanun qüvvəyə minib
Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, dəyişiklik Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutur.
Magistraturaya minimal keçid balı açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Gemi.az xəbər verir ki, bu barədə TQDK-dan Apa-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
BDU dünya universitetlərinin reytinq siyahısında yer tutub
Bakı Dövlət Universiteti (BDU) dünya universitetlərinin reytinqini müəyyənləşdirən təşkilatların siyahısında yer tutub.
Gemi.az xəbər verir ki, bu barədə BDU-dan Apa-ya verilən məlumata görə, “QS World University Rankings 2015/2016” reytinqində 701+ yerdə qərarlaşan universitet, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində 88-ci olub.
Azərbaycan prezidenti Maştağa-Bilgəh yolunun və Nardaranda iki küçənin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin açılışında iştirak edib.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına Sabunçu rayonu ərazisində həyata keçirilən yol-tikinti işləri barədə məlumat verib.
Prezident İlham Əliyevə Nardaran qəsəbəsindəki Abşeron və Nəsrulla Əsgərov küçələrinin yenidən qurulması layihəsi barədə də məlumat verilib.
Sabah növbəti buraxılış imtahanları keçiriləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C. Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.
Gemi.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, həmin gün ümumilikdə 47260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26072, XI sinif üzrə 21188).
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanacaq.
Azərbaycan prezidenti: ''2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq''
Bu gün Bakıda “Formula-1” yarışlarına start verildi
Bu gün Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start verilir.
Gemi.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.
Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.
İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.