Çap

Dünyada ən çox ziyarət olunan şəhərlərin siyahısı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

bangkok
 
“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib. 
Gemi.az-ın  “Report”a istinadən verdiyi məlumatına görə, turistlər tərəfindən 2016-cı ilin ötən dövründə ən çox ziyarət edilən şəhər Banqkok olub. Onun ardınca siyahıda London və Paris yer alır.
Çap

Məktəblilərin payız tətili günləri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

tehsil nazirliyi

 

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb.

 

Gemi.az Lent.az-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Çap

UNEC magistratura pilləsində yeni standartların tətbiqinə başlayıb

Tarix . Kateqoriya Xəbərlər

unec
 
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən,  UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq.
Gemi.az xəbər verir ki, bu barədə UNEC-in Marketinq və Kommunikasıya Departamentindən Musavat.com-a verilən məlumata görə, UNEC-in magistratura pilləsində aktiv dərs müddəti yeni tədris ilindən 2 semestr (1 il) nəzərdə tutulub və  nəzəri təlimə ayrılan həftələrin sayı 45-dən 30-a endirilib. Nəzəri təlimlərin sayının azaldılmasında məqsəd magistrləri elmi-tədqiqatlara daha çox cəlb etmək, müəllimlərlə fərdi olaraq məsləhət saatını və dissertasiya işinə ayrılan vaxtı artırmaqdır. Bu, keyfiyyətli dissertasiya işinin hazırlanması üçün şərait yaradacaq.
Daha bir yenilik müxtəlif fənlər üzrə mövcud olan fərqli kreditlərin AKTS-yə uyğun olaraq, vahid kredit səviyyəsi ilə (6 kredit) əvəz edilməsidir. Bu, fənlərin eyni əhəmiyyətə malik olduğunu göstərməklə yanaşı, beynəlxalq tələbə mübadilə proqramları zamanı dərslərin və dərs kreditlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin xarici universitetlərlə ikili diplom proqramlarının həyata keçirilməsinə imkan verəcək.
Çap

Azərbaycanda tələbələrə yeni növ kreditlər də veriləcək

Tarix . Kateqoriya Xəbərlər

tehsil krediti

 Azərbaycanda "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil haqqı kreditlərindən əlavə tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır.

Gemi.az xəbər verir ki,  bu barədə Trend-ə "Maarifçi" Tələbə Kredit Fondundan məlumat verilib.

Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum deyil.

Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqına olan borclarının ödənilməsi üçün verilir. "Maarifçi" Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə "Təhsil haqqı kreditləri" təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kreditlər növləri üzrə də fəaliyyətə start veriləcək.

Çap

1925-ci ildə Bermud üçbucağında itən “kabus gəmi” peyda oldu və...

Tarix . Kateqoriya Xəbərlər

gmi

Kubanın Karib dənizi sahillərində Bermud üçbucağında 90 il əvvəl itmiş gəmi tapılıb.

Gemi.az Publika.az-a istinadən məlumat verir ki, bu barədə “Discover24” xəbər yayıb.

Məlumatda bildirilir ki, gəmi gözlənilmədən Kubanın paytaxtı Havana şəhərinin sahillərində peyda olub. Bundan sonra Kubanın sahil mühafizə xidməti hakimiyyət orqanlarına dənizdə ekipajsız gəminin olması barədə xəbər verib, lakin 2 gün sonra gəmi yoxa çıxıb.

Daha sonra yenidən peyda olub. Sahil mühafizə xidmətinin əməkdaşları naməlum gəminin komandanlığı ilə bir neçə dəfə əlaqə yaratmaq istəsə də, buna nail ola bilməyib. Bir neçə uğursuz cəhddən sonra xidmətin əməkdaşları nəhayət gəmini sahilə gətirə bilib.

Çap

Sabah referendumun yekun nəticələri açıqlanacaq

Tarix . Kateqoriya Xəbərlər

referendum esas 006

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vuracaq.

Gemi.az Publika.az-a istinadən xəbər verir ki, MSK sabah keçiriləcək iclasında referenduma yekun vuracaq və referendumun nəticələrini rəsmi bildiriş kimi elan edəcək.

Çap

Dünyanın ən yüksək taxta binası - Universitet yataqxanası

Tarix . Kateqoriya Xəbərlər

taxta bina

Kanadada dünyanın ən yüksək taxta binası tikilib

Kanadada inşa edilən dünyanın ən hündür taxta binasının tikintisi başa çatıb.

Gemi.az xəbər verir ki, bu barədə Xəzər xəbər xarici mediaya istinadən məlumata verib.

Britaniya Kolumbiyası Universitetinin tələbə yataqxanasının binası olan "Brock Commons"un hündürlüyü 53 metrdir və 18 mərtəbədən ibarətdir.

Çap

Prezident ölkədə süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırıqlar verib

Tarix . Kateqoriya Xəbərlər

aliyev

Prezident İlham Əliyev ölkədə süni qiymət artımının qarşısının alınması və idxaldan asılılığın miniuma endirilməsi ilə bağlı tapşırıqlar verib. Gemi.az Apa-ya istinadən  məlumat verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, ölkədə sənayenin inkişafı və qeyri-neft sektorunun tərəqqisinə mühüm töhfə olacaq sənaye parklarının yaradılması istiqamətində tədbirlər davam etdirilməlidir: “Artıq paytaxtın Pirallahı rayonunda dərman istehsalı zavodunun tikilməsi, Masallıda sənaye zonasının yaradılması, Neftçalada avtomobil zavodunun inşası ilə bağlı tədbirlər davam etdirilir. Sosial mənzillərin tikintisi ilə başlayır və yaxın gələcəkdə böyük metallurgiya kompleksinin inşası planlaşdırılır”.

Çap

Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib

Tarix . Kateqoriya Xəbərlər

tqdka

 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikkulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

Gemi.az məlumat verir ki. bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Apa-ya verilən xəbərə görə, yeni qaydaları Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup hazırlayıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.   

Çap

Bu gün "ReTweet" kampaniyasının yekun bağlanış mərasimi keçirildi

Tarix . Kateqoriya Xəbərlər

tedbirr

 Bu gün Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə referenduma onlayn dəstək məqsədi ilə təşkil olunan "ReTweet" kampaniyasının yekun bağlanış mərasimi baş tutub. Tədbirdə dövlət rəsmiləri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, daha sonra rəsmilərin çıxışları baş tutub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə