'İslahatçı Gənclər' konstitusiyaya dəyişiklikləri dəstəkləyir
Azərbaycan prezidenti vergidə inqilab dekreti imzaladı
Azərbaycanda 22 min abituriyent təhsil alacağı ali məktəbi seçib
Təhsillə bağlı yeni sərəncam imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Gemi.az Trend-ə istinadən məlumat verir ki, sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
İsveçrə Avropa İttifaqına daxil olmaqdan imtina etdi
Kolleclərə qəbul başladı
İsrailin parlament komitəsi 'erməni soyqırımı'nı tanıdı
"Hər şagirdin arzusu 700 baldır" - 695 bal toplayan abituriyent Bayramlı Ləman
Təhsil Nazirliyi: Bu il qəbul imtahanlarında 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb
"Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub". Gemi.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, II ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub.
Bu il qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb
Bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.
Gemi.az xəbər verir ki, Apa-nın apardığı araşdırma nəticəsində məlum olub ki, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imtahanı qazanıb. 44 160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.