Çap

iPhone 7-nin qiyməti məlum oldu

Tarix . Kateqoriya Xəbərlər

apple iphone 7 icin
 
Maraqla gözlənilən, iPhone 7 rəsmi olaraq ictimaiyyətə təqdim olundu. 
iPhone 7  fərqli dizaynı ilə yayılan sızıntılardan sonra belə bizi təəccübləndirə bildi. iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və Paslanmaz poladdan olan "Apple" logosu diqqətləri cəlb edir. Və hərkəsin gözlədiyi xüsusiyyət "Suya davamlılıq", iPhone 7 və iPhone 7 Plus modellərinə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. iPhone 7 modelində Home düyməsi yenidən dizayn edilib və dizaynda iPod-dan ilham alınıb.
iPhone 7 və iPhone 7 Plus qiymətləri (32 GB)
iPhone 7 - 649 dollar
iPhone 7 Plus - 769 dollar
Çap

Dünya əhalisinin 758 milyonu təhsilsizdir

Tarix . Kateqoriya Xəbərlər

tehsilsiz
 
Dünya əhalisinin 758 milyonu təhsilsiz olaraq qalır.
Gemi.az-ın Axar.az-a istinadən məlumatına görə, bu iddia ilə YUNESKO çıxış edib. 
 
Təhsil ala bilməyən uşaqların çoxu münaqişə zonalarında və yoxsul bölgələrdə yaşayanlardır: “Bu gün məktəbli yaşında olan 61 milyon uşaq təhsil ala bilmir. Dünya əhalisinin savadsız və təhsilsiz olan 758 milyon sakininin böyük əksəriyyəti qadındır”.
Çap

İctimai əhəmiyyətli hüquqi şəxslərin siyahısı təsdiqlənib

Tarix . Kateqoriya Xəbərlər

nazirler
 
Nazirlər Kabineti “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nı təsdiq edib.
 
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, qərara əsasən bu siyahıya publik hüquqi şəxslər, ictimai birliklər və fondler, dini qurumlar, kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondlar, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər, kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər, telekommunikasiya xidməti göstərən müəssisələr, poçt müəssisələri və müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri daxil edilib.
Çap

Türkiyə ilə Avropa İttifaqı arasında viza ləğv olunur

Tarix . Kateqoriya Xəbərlər

ai

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliya baş naziri Matteo Renzi ilə dördtərəfli formatda görüş keçirib.

Gemi.az məlumat verir ki, bu barədə "Habertürk” xəbər verir ki, dördtərəfli görüşdən sonra Ərdoğan Ollandla ikitərəfli danışıqlar aparıb.

Məlumata görə, bu gün Avropa İttifaqı və Türkiyə viza rejiminin ləğv olunması barədə razılığa gəlib. Bu barədə razılıq bir neçə gün əvvəl Aİ-nin XİN rəhbərlərinin görüşündə əldə olunub.

Çap

Coca-Cola çəninə yıxılan adam əridi

Tarix . Kateqoriya Xəbərlər

mod 96844.jpg

Coca Cola fabriklərinin birində bir işçinin bir neçə gün işə gəlməməsi narahatçılıq yaradıb.

Gemi.az moderator.az-a istinadən xəbər verir ki, ondan narahat olan dostları evlərinə zəng etdikdə arvadından gecə də evə gəlmədiyini öyrənirlər.

Kişi isə tapılmır və bu hadisədən bir müddət keçir.Fabrikdə asit turşusu olan konteynri təmizləmə vaxtı gələndə konteynrdan sümüklər və işcinin geyindiyi paltar çıxır.

Çap

Onlar ömürlük hebs olunacaq -Prezident teqdimat verdi

Tarix . Kateqoriya Xəbərlər

ilham aliyev

 

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq olunur. 

Milli Məclisdən verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunur.

Çap

Dolların sentyabrın 5-nə olan məzənnəsi açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

dollars 3094530b

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Gemi.az xəbər verir ki, AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 5-ə 1,6362 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün də dollar 1,6362 manata bərabər olub

Çap

ABŞ-da işsizliyin səviyyəsinin artması dolların bahalaşmasını təxirə salır

Tarix . Kateqoriya Xəbərlər

ecc7b002369c8df768a45ab842fcb032

 

Avqust ayında ABŞ-da qeyri-aqrar sahədə 151 min yeni iş yeri açılıb.

 

Gemi.az xəbər verir ki, bu barədə "Apa-Economics" ABŞ-ın Əmək Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, "Reuters" agentliyinin sorğu keçirdiyi ekspertlər ötən ay 180 min yeni iş yerinin açılacağını proqnozlaşdırıb.

Qeyd edək ki, iyulda 275 min yeni iş yeri açılıb.

 

İşsizliyin səviyyəsi də proqnozlarla üst-üstə düşməyib. Bu göstərici 4,9% səviyyəsində qalıb. Halbuki, ekspertlər ötən ay işsizliyin səviyyəsinin 4,8% səviyyəsinə enəcəyini proqnozlaşdırıb.

Çap

Xəzər Universiteti birinci oldu

Tarix . Kateqoriya Xəbərlər

xezer

2016-cı il üçün region universitetlərinin reytinq cədvəli açıqlanıb. Gemi.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a təhsil eksperti Nabatəli Qulamoğlu məlumat verib.
Xəzər Unversiteti ölkəmizin ali məktəbləri siyahısına başçılıq edir (68-ci yer). Ondan sonrakı yerlləri Bakı Dövlət Universiteti (88) və Qafqaz Universiyteti (89) bölüşür. 
Çap

Azərbaycan şahmatçıları Olimpiadada

Tarix . Kateqoriya Xəbərlər

sahmat

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Gemi.az-ın "Report"a istinadən verdiyi məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət hərəyə 3 komandası mübarizə aparır.

Kişilərdən ibarət komanda üzvlərindən ilk ikisi Zimbabve və Mozambiklə, üçüncüsü Papua Yeni Qvineya ilə üz-üzə gəlib. Qadın milliləri isə Nikaraqua, Yaponiya və Lesotoya rəqib olublar. Azərbaycan komandalarının hamısı startda qalib gəlib. Azərbaycanın 3 komandası Lesoto ilə qarşılaşmada texniki qələbə qazanıb. 24 şahmatçıdan yalnız 2-si qalib gələ bilməyib. Bunlardan Vasif Durarbəyli partiyasında heç-heçə edib, Ülviyyə Fətəliyeva isə uduzub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə