Sürücülər üçün ən təhlükəli yaş müəyyənləşdi
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı 26 avqustdan başlayır
12 və 19 iyul tarixlərində elan edilmiş müsabiqələr üzrə test imtahanı mərhələsi 26 avqust tarixindən başlayacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) Apa-ya verilən məlumata görə, test imtahanlarının keçirilmə tarixi və yeri komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində yerləşdirilib.
Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Namizədlər komissiyanın rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində “Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat” elektron xidmətindən də istifadə edərək test imtahanının vaxtını və yerini öyrənə bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.
Bakının bəzi yerlərində pulsuz “WiFi” şəbəkəsi yaradılır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin pulsuz internetlə təminatı üçün yeni layihəyə başlayır.
Gemi.az xəbər verir ki, bu barədə Nazirlikdən Apa-Economics”ə verilən məlumata görə, layihəyə əsasən, nazirlik "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Dövlət Bayraq Meydanı daxil olmaqla bütün Dənizkənarı Milli Park və “Fəvvarələr meydanı” ərazilərini ictimai “Wi-Fi” şəbəkəsi ilə təmin edəcək. Artıq layihələndirmə işləri başa çatıb. Yaxın müddətdə layihənin icrasına başlanılacaq.
Rio-2016: Olimpiadada ən çox medal qazanan ölkələr - SİYAHI
Alimlər ərincək olmağı yüksək IQ ilə əlaqələndirdi
Independent nəşrinin Journal of Health Psychology-ə istinadən verdiyi məlumata görə, Florida universitetinin alimləri iddia edirlər ki, ərincəklik insanın yüksək IQ-ə sahib olduğundan xəbər verir.
Araşdırma müəllifləri 10-larla tələbənin iştirak etdiyi eksperiment həyata keçirmişlər. Bu zaman onlara xüsusi hazırlanmış sorğu vərəqini doldurmaları və onlara təklif edilən çətin tapşırıqların həlli zamanı istifadə edəcəkləri variantlardan birini seçmək tapşırılır.
Nəticələr əsasında 60 nəfərdən ibarət təcrübə qrupu yaradılır. Sorğu iştirakçılarının yarısı tapşırıqların icrasından məmnunluq duyduqlarını, digər yarısı isə tapşırıq mühüm olduqda onun haqqında düşündüklərini bildirir.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edilib
Bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan edilib.
Gemi.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Dolların avqustun 22-nə olan məzənnəsi açıqlanıb
Lənkəranski burada dəfn olunacaq
Dollar durmadan bahalaşır - Bu günün rəsmi məzənnəsi
Ali təhsil müəssisələrində boş yerlərə və peşə məktəblərinə ixtisas seçimi başa çatır
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Gemi.az xəbər verir ki, bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatda deyilir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.