Çap

Əsgər valideynlərinin nəzərinə

Tarix . Kateqoriya Xəbərlər

herbi hisse

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı ərəfəsində sentyabrın 11-də saat 11.00-da hərbi hissələrdə "Açıq qapı" günü təşkil olunacaq.

Gemi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Çap

Təhsil krediti almaq istəyənlər üçün yeni şans

Tarix . Kateqoriya Xəbərlər

tehsil krediti

"Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

Gemi.az xəbər verir ki, bu barədə Fonddan Trend-ə verilən məlumata görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixlərində başlayacaq.

Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.

Çap

Bu il Azərbaycanda ali məktəblərə rekord sayda məzun daxil olub

Tarix . Kateqoriya Xəbərlər

mika

 Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun (34770 nəfərə yaxın) daxil olub.

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, balların aşağı salınmasının deyil, akademik göstəricilərin yaxşılaşması nəticəsində əldə edilib. 

 

Onun sözlərinə görə, ali məktəblərə qəbul üzrə orta bal yüksəlib: “Bir çox halda məktəblər qiymətləndirilərkən təhsil barədə cəmiyyətdə gedən diskussiyalarda, məqalələrdə, yazılarda 1-2 amil önə çəkilir. Bunlar hansı rayonun, məktəblərin məzunlarının buraxılış və qəbul imtahanlarında hansı nəticələr əldə etməsidir. Bunlar həqiqətən mühüm nəticələr və obyektiv ölçülə bilən göstəricilərdir. Bu imtahanlar nəticəsində obyektiv şəkildə bir məktəbin məzunlarını digər məktəbin məzunları ilə müqayisə edə bilirik”.

Çap

İtən telefonları "Google"da tapmaq mümkün olacaq

Tarix . Kateqoriya Xəbərlər

telefon

"Google" şirkəti "Android"lər üçün yeni funksiya əlavə edib. Bu funksiya vasitəsi ilə istifadəçi itmiş telefonunu tapa biləcək.

Bu barədə Gemi.az Baku.ws-a istinadən xəbər verir.

Bu ilin aprelindən test mərhələsində yoxlanılan funksiyaya görə istifadəçi "Google" sətrində "find my phone" (mənim telefonumu tap) yazmaqla onlayn xəritə üzərində telefonunun harada olduğunu görəcək.
Qeyd edək ki, bu yeni funksiya brauzerdə smartfonunuzun qeydiyyatda olduğu eyni "Google" hesabı açıq olduğu zaman işləyəcək. Əfsuslar olsun ki, oğurlanmış smartfonu bu funksiya vasitəsilə kilidə (bloklamaq) salmaq mümkün deyil.
Çap

600-dən yüksək bal toplayan 291 tələbə Dövlət İqtisad Universitetini seçdi

Tarix . Kateqoriya Xəbərlər

unec logo 131015

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə qəbulu üzrə plan yerləri ötən iki illə müqayisədə bu il ən yüksək nəticədə, 96.5 faizlə yerinə yetirilib.

Gemi.az xəbər verir ki, bu barədə UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu göstərici Universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində və Türk Dünyası İşlətmə fakültəsində 100% olub.

Ötən illərlə nisbətdə ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyişə nail olunub. İmtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər öz seçimini UNEC-ə edib. Bu rəqəm 2013-ci ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olub.

Çap

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə aparılacaq

Tarix . Kateqoriya Xəbərlər

 

 

tehsil nazirliyi

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

 

Gemi.az xəbər verir ki, bu barədə Apa-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 3-5 sentyabr tarixlərində müvafiq namizədlər şəxsi səhifələrinə daxil olmaqla, təklif edilən vakant yerləri seçə biləcəklər.

Çap

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Tarix . Kateqoriya Xəbərlər

xanim

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.
Gemi.az-ın  APA-ya istinadən verdiyi  məlumata  görə, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
Çap

Ali məktəblərə I mərhələdə qəbul olanların qeydiyyat müddəti uzadılıb

Tarix . Kateqoriya Xəbərlər

tqdk 975

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 26 avqust saat 17:00-dək uzadılıb.

 

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Çap

Daha sürətli Wi-Fi üçün nə etməliyik?

Tarix . Kateqoriya Xəbərlər

wifi zone
 
Wi-fi sürətini 10dəfə artıracaq həll üsulu...
Massaçusest Texnologiya Universitetinin(MIT) tədqiqatçıları hazırladıqları həll üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə artıra biləcəklərini bildirirlər. Daha sürətli Wi-Fi üçün nə etməliyik?
İstifadəçilərin mobil telefonlardan internet təcrübələrini reallaşdırmaq üçün ən çox istifadə etdikləri yollardan biri olan Wi-Fi qoşulmaları, insanların çox olduqları yerlərdə bəzi problemləri bərabərində gətirə bilir.
 
Konsert, stadion, restoran kimi sahələrdə bir çox istifadəçinin eyni Wi-Fi şəbəkəsinə qoşulmasına görə yaranan problemlər, kifayət qədər zəif bir Wi-Fi sürəti və keyfiyyətinin ortaya çıxmasına şərait yaradır.
 
MIT tədqiqatçıları isə istifadəçilərin internetdən istifadələrini artırmaq üçün alternativ bir yol yapıblar. İstifadəçilər MIT-in yeni üsulu ilə Wi-Fi sürətlərini 10 dəfə daha sürətli edə biləcəklər.
Çap

İlham Əliyev Poroşenkoya məktub göndərdi

Tarix . Kateqoriya Xəbərlər

porowenka

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib.
 
Məktubda deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Ukrayna münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə