Qəbul imtahanlarında 150 və daha çox bal toplayan 18 min abituriyent ixtisas seçimində iştirak edəcək
Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 150 və daha çox bal toplayan abituriyentlər də ixtisas seçimində iştirak edə biləcək. Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərinə görə, 150 bal məhdudiyyəti yalnız I və IV qrupların bəzi ixtisaslarına şamil edilir. "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu il I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 14 808 abituriyent 150 və daha yüksək nəticə göstərəək müsabiqədə iştirak etmək imkanı qazanıb.
700 bal toplayan abituriyent: Təbriz Qasımov
Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.
Gemi.az xəbər verir ki, bu barədə Trend Region TV-yə istinadən məlumat verir ki, Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən T.Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. O, valideyinlərinin məsləhətinə həmişə qulaq asıb.
Azərbaycandan çıxışı qadağan edilən borcluların siyahısı dərc edilib
Vergilər Nazirliyi Azərbaycandan çıxışı qadağan edilən borcluların (fiziki və hüquqi şəxslərin) siyahısını dərc edib.
Gemi.az-ın Trend-ə istinadən məlumatına görə, siyahı nazirliyin saytında dərc edilib.
Siyahı ilə aşağıdakı istinadda danışmaq olmaq mümkündür: fiziki şəxslərin siyahısı və hüquqi şəxslərin siyahısı.
II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 25-də saat 18:10-dan etibarən açıqlayıb.
Gemi.az xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Konstitusiya Məhkəməsi referendumun keçirilməsi ilə bağlı rəy verdi
I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 22 mindən çox abituriyent 0-200 bal toplayıb
Bu il Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub.
Gemi.az xəbər verir ki, bu barədə Apa-nın apardığı araşdırma nəticəsində məlum olub ki, IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 ("Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.
Bu gündən işə qəbul olmaq istəyən 30 mindən çox müəllim imtahan verir
Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanıb. Gemi.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, avqustun 3-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilir.
Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31 779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.
Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Gemi.az məlumat verir ki, bu barədə TQDK-nın mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları üçün qrant müsabiqəsi elan etdi
2016-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 17-ci iclası keçirilmişdir. Toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin elan edilməsi, Fondun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabat, son 6 ayda beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar, 8-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərinin Avropa gənclər paytaxtı seçilməsi ilə əlaqədar dəstəklənmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilmişdir.
Gənclər və İdman naziri Azad Rəhimovun “22 iyul Milli Mətbuat günü” mnüasibəti ilə təbriki
Gemi.az xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimov “22 iyul Milli Mətbuat günü” münasibəti ilə media mənsublarını təbrik etdi.
Gündəlik həyatımızda xüsusi önəmi və rolu olan dəyərli media mənsibları, bu gün sizin gününüzdür.
Mən sizin hər birinizi Gənclər və idman nazirliyinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm.
Fəxr hissi ilə milli mətbuatımızın çox böyük tarixi olduğunu, dərin köklərə sığındığını vurğulamaq istərdim.