Çap

Azərbaycan prezidenti vergidə inqilab dekreti imzaladı

Tarix . Kateqoriya Xəbərlər

ilham eliyev98
 
Azərbaycan prezidenti İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, Vergilər Nazirliyi 3 ay müddətində:
2.1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirməlidir;
Çap

Azərbaycanda 22 min abituriyent təhsil alacağı ali məktəbi seçib

Tarix . Kateqoriya Xəbərlər

tqdk 975 1

“Artıq bu vaxta kimi 21 915 abituriyent ali təhsil müəssisələrinə ixtisas seçimi edib. Onlardan 19 852-si Azərbaycan, 2063-ü isə rus bölməsinin məzunlarıdır”.

Gemi.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-nın sorğusuna verilən cavabda bildirilib.

Qeyd olunub ki, ixtisas seçimi edənlər arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir. Belə ki, I qrup üzrə 8079, II qrup üzrə 6149, III qrup üzrə 5698, IV qrup üzrə isə 1989 abituriyent ixtisas seçimi edərək təhsil alacağı ali məktəbi müəyyənləşdirib.

Çap

Təhsillə bağlı yeni sərəncam imzalandı

Tarix . Kateqoriya Xəbərlər

 ilham aliyev imza 251114

  Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Gemi.az Trend-ə istinadən məlumat verir ki, sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncam ləğv edilib. Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Çap

İsveçrə Avropa İttifaqına daxil olmaqdan imtina etdi

Tarix . Kateqoriya Xəbərlər

isvecre

Avropa İttifaqı (Aİ) Şurası İsveçrədən bu quruma üzv olmasını nəzərdə tutan və 1992-ci ildə təqdim edilən ərizəsinin geri götürülməsi haqqında rəsmi bildiriş alıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasından məlumat verilib.

Bildirilir ki, İsveçrənin 24 il əvvəl təqdim edilmiş ərizəsinin geri götürülməsi haqqında bildiriş Şuraya ötən həftə daxil olub.

Çap

Kolleclərə qəbul başladı

Tarix . Kateqoriya Xəbərlər

tqdka

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 2-dən avqustun 8‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Gemi.az Deyerler.org-a istinadən verdiyi məlumata görə, komissiyadan verilən xəbərə görə, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Çap

İsrailin parlament komitəsi 'erməni soyqırımı'nı tanıdı

Tarix . Kateqoriya Xəbərlər

israil

İsrail Knessetinin (parlamentinin) Təhsil, mədəniyyət və idman üzrə Komitəsi «erməni soyqırımı»nı tanıdığını bildirib. 
 
Gemi.az xəbər verir ki, bu barədə Virtualaz.org «Ermənistan xəbərləri» portalına istinadən məlumat verir ki, bunu avqustun 1-də komitənin iclasında çıxışı zamanı komitənin sədri Yakov Margi («Şas») deyib.
Çap

"Hər şagirdin arzusu 700 baldır" - 695 bal toplayan abituriyent Bayramlı Ləman

Tarix . Kateqoriya Xəbərlər

 
leman
 
Şamaxı sakini Bayramlı Ləman Bünyad qızı TQDK–nın rəsmi açıqlamasına görə 3-cü qrup üzrə 695 bal toplayaraq respublika üçüncüsü olub.
Maraqlısı odur ki, bu nəticə Şamaxı tarixində ilk yüksək göstəricidir. 9 saylı orta məktəbdə oxuyan Ləman sonralar Şamaxı Texniki Təmayüllü Liseydə təhsilini davam etdirib.
Çap

Təhsil Nazirliyi: Bu il qəbul imtahanlarında 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb

Tarix . Kateqoriya Xəbərlər

tqdk netice

 

"Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub". Gemi.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu  üzrə 31 397, II ixtisas qrupu üzrə 22 135, II ixtisas qrupu üzrə 19 673, IV ixtisas qrupu üzrə 5 340 nəfər olub.

Çap

Bu il qəbul imtahanlarında abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb

Tarix . Kateqoriya Xəbərlər

thumbnail tqdkk

 

   Bu il Azərbaycanda I-IV ixtisas qrupları üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərərək müsabiqədən keçə bilməyən abituriyentlərin sayı açıqlanıb.

Gemi.az xəbər verir ki, Apa-nın apardığı araşdırma nəticəsində məlum olub ki, bu il hər dörd qrup üzrə keçirilən qəbul imtahanlarında  78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imtahanı qazanıb. 44 160 nəfəri isə 0-200 bal arası nəticə göstərərək imtahandan kəsilib. Bu da imtahanda iştirak edən abituriyentlərin 56%-dən çoxunu təşkil edir.

Çap

Qəbul imtahanlarında 150 və daha çox bal toplayan 18 min abituriyent ixtisas seçimində iştirak edəcək

Tarix . Kateqoriya Xəbərlər

 tqdkt

 Bu il Azərbaycanda keçirilən qəbul imtahanlarında 150 və daha çox bal toplayan abituriyentlər də ixtisas seçimində iştirak edə biləcək. Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərinə görə, 150 bal məhdudiyyəti yalnız I və IV qrupların bəzi ixtisaslarına şamil edilir. "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Bu il I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 14 808 abituriyent 150 və daha yüksək nəticə göstərəək müsabiqədə iştirak etmək imkanı qazanıb.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə