Çap

12 avqust - Beynəlxalq Gənclər Günüdür.

Tarix . Kateqoriya Xəbərlər

 qan

  12 avqust - Beynəlxalq Gənclər Günüdür. 


Gənclər üçün Təhsil Mərkəzi və Qan Donorları Assosiasiyası bir araya gələrək gənclərə öz sevgisini sərhədsiz etməyə və irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçiriləcək təmənnasız qan vermə aksiyasına qatılmağa dəvət edir.

 

Aksiya 12 avqust 2016-cı il saat 10:00-da Mərkəzi Qan Bankında (Nəsimi Bazarının yanı) keçiriləcəkdir.

Çap

Abituriyentlərin nəzərinə: Bu gün son gündür

Tarix . Kateqoriya Xəbərlər

ttestiq

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün başa çatacaq.

Gemi.az xəbər verir ki, bu barədə TQDK-dan XəzərXəbər-ə bildiriblər ki, 10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Çap

17 azərbaycanlı tələbə Çin universitetlərində təhsil alacaq

Tarix . Kateqoriya Xəbərlər

 
tehsil nazirliyi
 
 
 Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.
Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Çap

Tələbə köçürülməsi və ixtisas dəyişmə elektron qaydada aparılacaq

Tarix . Kateqoriya Xəbərlər

 
nazirlik
 
 Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrində təhsil alanların köçürülməsi və ixtisaslarının dəyişməsi prosesinin elektronlaşdırılması barədə əmr imzalayıb. Gemi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrə əsasən tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində təhsilalanların bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin transfer.edu.az elektron portalı vasitəsilə aparılmasına başlanılacaq.
Çap

Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib

Tarix . Kateqoriya Xəbərlər

prezident putin 090816 1

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Çap

2122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub

Tarix . Kateqoriya Xəbərlər

tqdkl

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini avqustun 9-da elan edib.

Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

İyulda ​"ASAN Xidmət"də qazla bağlı 7 min müraciət həll olunub

Tarix . Kateqoriya Xəbərlər

 
asan xidmet
 
Bu ilin iyul ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə ümumilikdə təbii qazla bağlı 6 978 müraciət daxil olub.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
Çap

Magistraturaların boş qalan yerlərinə ixtisaslaşma seçimi başlandı

Tarix . Kateqoriya Xəbərlər

 
tqdkaa
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlanıb. Gemi.az xəbər verir ki, bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumatda deyilir.
Komissiyadan verilən məlumatda qeyd olunur ki, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 6 mart və 5 iyun 2016-cı il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Çap

'İslahatçı Gənclər' konstitusiyaya dəyişiklikləri dəstəkləyir

Tarix . Kateqoriya Xəbərlər

 
ferid
 
 
Fərid Şahbazlı: “Bu, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”
“Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim edilməsi müasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. Ümumiyyətlə, konstitusiya islahatlarının aparılması bütün demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir”.
Gemi.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident İlham Əliyevin sərəncamı ilə konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı danışarkən deyib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə