Çap

Azərbaycanla İran arasında elektron təhlükəsizliyin səviyyəsi artıb

Tarix . Kateqoriya Xəbərlər

img2165995
 
 
Azərbaycan və İran arasında əldə olunan son razılaşmadan sonra elektron təhlükəsizliyin səviyyəsi artıb.
Bunu APA-nın İran bürosuna İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmmədcavad Azəri Cəhromi deyib.
O bildirib ki, İran və ya Azərbaycanın telekommunikasiya infrastrukturuna haker hücumu olsa, iki ölkənin “SERT” (telekommunikasiya sahəsində təhlükəsizlik yardımları mərkəzi)  mərkəzləri buna dərhal reaksiya verir.  
Çap

Dərs ili nə zaman başlayacaq? – Açıqlama

Tarix . Kateqoriya Xəbərlər

 
tehsil nazirliyi
 
 
  Son günlər sosial şəbəkədə dərs ilinin başlama gününün dəyişdirilməsi ilə bağlı məlumat yayılıb. İddialara görə, dərs ili sentyabrın 15-i deyil, 1-i başlayacaq. 
Gemi.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 
Çap

Ali məktəblərin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Tarix . Kateqoriya Xəbərlər

tqdk 975

 Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 17:10-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Çap

Bakıda “Gəncliyin sevgisi sərhədsizdir” adlı qanvermə aksiyası keçirilib – FOTO

Tarix . Kateqoriya Xəbərlər

51130

Avqustun 12-də Beynəlxalq Gənclər günündə Bakıda "Gəncliyin sevgisi sərhədsizdir" adlı kampaniya çərçivəsində gənclərin iştirakı ilə gənclər arasında qanvermə aksiyası keçirilib.

Gemi.az-ın 1news.az-a  istinadən verdiyi məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi, Qan Donorları Assosasiyası və Mərkəzi Qan Bankı tərəfindən təşkil edilən aksiyanı giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə donorları salamlayıb və bildirib ki, bu gün aksiyada əcnəbi gənclərin iştirakı və onların donor qismində çıxış eləməsi qan xəstəliyindən əziyyət çəkən insanlara qarşı bu sevginin sərhəd tanımadığına əyani sübutdur.

Çap

Bir sinfin bütün məzunları tələbə adı qazandı - Naxçıvandan təhsil rekordu

Tarix . Kateqoriya Xəbərlər

48760209

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayandan sonra bir sıra maraqlı faktlar qeydə alınıb. Belə maraqlı faktlardan biri də eyni sinfi bitirən məzunların hamısının ali məktəbə qəbul olunmasıdır.

Gemi.az Modern.az-a istinadən xəbər verir ki, bu hadisə Naxçıvanda qeydə alınıb. Belə ki, bu il Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin XI b sinfini bitirən 20 nəfər məzunun hamısı ali məktəbə sənəd verib, və hamısı da tələbə adını qazanıb.

Bu barədə həmin sinfdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmiş Sara Əzimova məlumat verib. Qeyd edək ki, Sara Əzimova həm də XI b-nin sinif rəhbəri olub.

Sinif rəhbəri bildirib ki, XI b sinfini bitirən 20 məzundan 5 nəfəri 500-700 intervalında bal toplayıb.

Qəbul imtahanlarında 100 faiz nəticə göstərmiş XI b sinfinin tələbə adını qazanmış məzunlarını təqdim edirik:

Nəriman Süleymanov- Bakı Ali Neft Məktəbi, mühəndis, (675)
Aysun Hacızadə-Azərbaycan Tibb Universiteti, müalicə işi (581)
Aygün Hümbətov-Azərbaycan Dillər Universiteti, ingilis dili (548)
Araz Əliyev- Azərbaycan Tibb Universiteti, stamotologiya (539)
Nigar Təhməzova- Azərbaycan Tibb Universiteti, stamotologiya (510)
Şövkət Təhməzova- Azərbaycan Dillər Universiteti, ingilis dili
Ruqayyə Əliyeva-Naxçıvan Dövlət Universiteti, tibb fakültəsi 
Nuray Salmanlı-Naxçıvan Dövlət Universiteti, coğrafiya müəllimliyi
Əkbər Süleymanov- Naxçıvan Dövlət Universiteti, iqtisadiyyat 
Gülay Bayramova, "Naxçıvan" Universiteti, ingilis dili müəllimliyi
Rafət Kazımbəyli-Azərbaycan Dövlət İqtisad Universiteti 
Valeh Xudakərimov-Azərbaycan Dövlət İqtisad Universiteti
Zaur Məmmədov- “Naxçıvan” Universiteti, maliyyə
Tofiq Kərimli-“Naxçıvan” Universiteti, maliyyə
XəyalAğayev-Naxçıvan Dövlət Universiteti, incəsənət fakültəsi
Ülkər Əhmədova-Bakı Dövlət Universiteti, bioloq 
Günxan İbrahimli- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, mühəndis
Tofiq Babayev- Naxçıvan Dövlət Universiteti, aktyorluq
Emil Abdullasoy- Azərbaycan Memarlıq və İnşaat Universiteti, dizayner
Çingiz Məmmədli-Türkiyə Respublikası, Akdəniz Universiteti, turizm.

Çap

Ali məktəblərə yerləşdirmənin nəticələri açıqlanıb, boş qalan yerlərə ixtisas seçimi aparılacaq

Tarix . Kateqoriya Xəbərlər

 

tqdka

 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də  «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Çap

Allahşükür Paşazadə: "FETÖ ilə mübarizəmiz davam edəcək"

Tarix . Kateqoriya Xəbərlər

 
img2161902
 
 
“Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur”.
Gemi.az xəbər verir ki, bu barədə APA-nın “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib.
O bildirib ki, əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.
Çap

Metrodan istifadə edən rektor kimdir?

Tarix . Kateqoriya Xəbərlər

6GFYSFG

 

Metrodan istifadə etmək qəbahətdirmi?

Gemi.az-ın  Axar.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni təyin edilən rektoru Mustafa Babanlı metrodan istifadə etməsi ilə bağlı “Moderator.az”ın sualını cavablandırarkən deyib.

Rektor bildirib ki, sürücünün işi çıxanda və ya tıxac probleminə görə tez-tez metrodan istifadə edir və burda qəbahət hesab ediləcək nəsə görmür:

Çap

Azərbaycan prezidenti İsmayıllıda velosiped istehsalı zavodunun açılışında iştirak edib

Tarix . Kateqoriya Xəbərlər

03

 

İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, dövlət  başçısına məlumat verilib ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə