Çap

700 bal toplayan abituriyent: Təbriz Qasımov

Tarix . Kateqoriya Xəbərlər

2 sayli mekteb 700

 Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Gemi.az xəbər verir ki, bu barədə Trend Region TV-yə istinadən məlumat  verir ki, Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən T.Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. O, valideyinlərinin məsləhətinə həmişə qulaq asıb.

Çap

Azərbaycandan çıxışı qadağan edilən borcluların siyahısı dərc edilib

Tarix . Kateqoriya Xəbərlər

vergiler

Vergilər Nazirliyi Azərbaycandan çıxışı qadağan edilən borcluların (fiziki və hüquqi şəxslərin) siyahısını dərc edib.

Gemi.az-ın Trend-ə istinadən məlumatına görə, siyahı nazirliyin saytında dərc edilib.

Siyahı ilə aşağıdakı istinadda danışmaq olmaq mümkündür: fiziki şəxslərin siyahısı və hüquqi şəxslərin siyahısı.

Çap

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan edilib

Tarix . Kateqoriya Xəbərlər

tqdka 

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 25-də saat 18:10-dan etibarən açıqlayıb.

Gemi.az xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Çap

Konstitusiya Məhkəməsi referendumun keçirilməsi ilə bağlı rəy verdi

Tarix . Kateqoriya Xəbərlər

 
1469428491 etatist
 
 
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.
Gemi.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, rəyi elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, təklif edilən dəyişikliklər Azərbaycan Konstitusiyasının müddəalarına zidd deyil və ümumxalq səsverməsinə çıxarıla bilər.
Çap

I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 22 mindən çox abituriyent 0-200 bal toplayıb

Tarix . Kateqoriya Xəbərlər

tqdk 975 1

 

 Bu il Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub.

Gemi.az xəbər verir ki, bu barədə Apa-nın apardığı araşdırma nəticəsində məlum olub ki, IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 ("Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

Çap

Bu gündən işə qəbul olmaq istəyən 30 mindən çox müəllim imtahan verir

Tarix . Kateqoriya Xəbərlər

 

muellimlerin ishe qebulu

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanıb. Gemi.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, avqustun 3-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilir.

 

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31 779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

Çap

Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Tarix . Kateqoriya Xəbərlər

 

exam 1356851a

 

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

 

Gemi.az məlumat verir ki, bu barədə TQDK-nın mətbuat xidmətindən  Apa-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılır. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunub.

Çap

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları üçün qrant müsabiqəsi elan etdi

Tarix . Kateqoriya Xəbərlər

 gencler fondu

 2016-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 17-ci iclası keçirilmişdir. Toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin elan edilməsi, Fondun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabat, son 6 ayda beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar, 8-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərinin Avropa gənclər paytaxtı seçilməsi ilə əlaqədar dəstəklənmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilmişdir.

Çap

Gənclər və İdman naziri Azad Rəhimovun “22 iyul Milli Mətbuat günü” mnüasibəti ilə təbriki

Tarix . Kateqoriya Xəbərlər

 

azad rehimov

Gemi.az xəbər verir ki,  Gənclər və İdman Naziri Azad Rəhimov “22 iyul Milli Mətbuat günü” münasibəti ilə media mənsublarını təbrik etdi.

Gündəlik həyatımızda  xüsusi önəmi və rolu olan dəyərli media mənsibları, bu gün sizin gününüzdür.

Mən sizin hər birinizi Gənclər və idman nazirliyinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm.

Fəxr hissi ilə milli mətbuatımızın çox böyük tarixi olduğunu, dərin köklərə sığındığını vurğulamaq istərdim.

Çap

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

 

tqdkl

 

 Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri “Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

 

Gemi.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Apa-ya verilən məlumata görə, ixtisas seçiminə kömək məqsədilə I və IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər çap olunub. Vəsaitlərdə hər bir ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim edilib.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə