Çap

“Made in Azerbaijan” brendi xarici bazarlarda təşviq olunacaq - SƏRƏNCAM

Tarix . Kateqoriya Xəbərlər

made in aze 
 
Azərbaycan prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.
Çap

Azərbaycan Prezidenti təhsil işçilərini təltif edib - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

aliyev imza

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
Gemi.az-ın Report-a istinadən verdiyi məlumatına görə, sənədə əsasən, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Çap

BDU-da erməni dili kursları açılır

Tarix . Kateqoriya Xəbərlər

bdu

 
Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.
Gemi.az xəbər verir ki, bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, "Düşmənlə öz dilində mübarizə aparaq!" devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. 
Çap

Azərbaycanın təhsil naziri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib

Tarix . Kateqoriya Xəbərlər

mikayil2

 

 Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir.

Gemi.az-ın Apa-ya istinadən verdiyi xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanın bütün müəllimlərinə və təhsil işçilərinə təbrik ünvanlayıb.

 

Təbrikdə bildirilib ki, təhsil cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur: “Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya  təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədilə son illər ölkə prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı  proqram və layihələr həyata keçirilir.

Çap

Təhsil Nazirliyində sentyabr ayında rekord həddə müraciət daxil edilib.

Tarix . Kateqoriya Xəbərlər

tehsil n

 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə –  “Qaynar xətt” cari ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.Nazirliyin mətbuat xidmətindən sayta verilən məlumata görə, Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 425 vətəndaşa xidmət göstərilib.

Çap

Prezident: “Savadlılıq ekstremizme, radikalizme, nadanlığa qarşı bir seddir”

Tarix . Kateqoriya Xəbərlər

aliyev ilham

“Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir”.

Gemi.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanda savadlılıq səviyyəsinin təxminən yüz faiz olduğunu diqqətə çatdırıb:“Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük, təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən yüz faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir.

Çap

Velosipedin bu faydası gözlənilməz oldu

Tarix . Kateqoriya Xəbərlər

veloo

Müntəzəm velosiped gəzintisi diabetin inkişafı riskini azaltmağa kömək edir.

Danimarkalı mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən ediblər ki, müntəzəm velosiped gəzintisi diabetin inkişafı riskini azaltmağa kömək edir.
Bu barədə yerli KİV-lər yazıb.
Alimlərin sözlərinə görə, tədqiqatda  təxminən 50 min könüllü iştirak edib.
 
Çap

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

internet

Norveç Avropada internetin sürətinə görə birinci olub. Bu ölkə İsveçi geridə qoyub.

Bu barədə “The Local” nəşri “Akamai” rabitə operatorunun apardığı araşdırmaların nəticələrinə istinadən xəbər verib.
Araşdırmanın nəticələrinə əsasən, Norveçdə internetin orta sürəti 2015-ci illə müqayisədə 55 faiz artıb. Eyni zamanda dünya reytinqində 20,1 Mbit/saat internet sürəti olan Norveçi Cənubi Koreya geridə qoyur. Bu ölkə 27 Mbit/saat internet sürətinə malikdir və dünyada internetin sürətinə görə lider olaraq qalır.
Çap

Roma Papası: "Azərbaycanda dini azadlıqlar tam təmin edilib”

Tarix . Kateqoriya Xəbərlər

roma papasi

 

“Biz hazırda sizin qədim torpaqlarınızdayıq. Bilirəm ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib”.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, bu sözləri Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. O, Azərbaycan prezidentinin Vatikan səfərini xatırladaraq, bu səfərə görə təşəkkürünü bildirib: “Azərbaycanda mənə göstərilmiş səmimi qəbula görə minnətdaram. 

 

İndiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox böyük əhəmiyyət kəsb edir. Bu, insanlar üçün vacibdir. Biz əlaqələrimizin məhsuldar olduğunu deyə bilərik”.

Çap

“Volkswagen”nin parkinqi dünyanın əsil möcüzələrindən sayılır

Tarix . Kateqoriya Xəbərlər

qaraj

 Qaraj göydələn prinsipi ilə inşa olunub və yerin altında 20 mərtəbəli bina dərinliyində yerləşir.

Almaniyanın Volsburq şəhərində “Volkswagen” kompaniyasının qaraj-parkinqi dünyanın əsil möcüzələrindən biri sayılır.

Şəhərdə iki belə parkinq mövcuddur. Qaraj göydələn prinsipi ilə inşa olunub və yerin altında 20 mərtəbəli bina dərinliyində yerləşir.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə