Leyla Əliyeva: "Azərbaycan tolerantlıq, dialoq və yeni ideyalar məkanına çevrilib"
Məleykə Abbaszadə: “IX sinif şagirdləri təhsildən yayınırlar”
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, iclasın gündəliyində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsinin qaydaları layihəsinin, DİM və “British Council” Azərbaycan təşkilatı arasında imzalanmış Niyyət Məktubunun, buraxılış sinfi şagirdlərinin təhsilə davamiyyəti və imtahan nəticələrinin müqayisəsi, DİM-in Nizamnaməsinə uyğun olaraq qurumun fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlərin müzakirəsi aparılıb.
Birinci məsələyə dair çıxış edən mərkəz rəhbəri Məleykə Abbaszadə və təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd ediblər ki, sənəd Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, sənəddə əks olunan bir çox prinsipial məsələlərə dair razılıq əldə edilib.
"Twitter"-də "Bəyənmədim" dövrü başlayır
"Bu Twit-i bəyənmədim" adlı yeni bir funksiya olacaq.
Facebook-dan sonra Twitter də sosial mediada duyğuların göstərilə bilməsi üçün yeniliyə imza atıb.
Belə ki, kompaniya nümayəndələri "Bu Twit-i bəyənmədim" adlı yeni bir funksiya olacaq.
Bakıda gənclər sahilyanı əraziləri təmizlədi
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.
Gemi.az Oxu.az-a istinadən xəbər verir ki, artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir.
Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.
Referendumun yekun nəticələri açıqlanıb
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb.
Gemi.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb.
Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib.
Səsvermənin nəticələri aşağıdakı kimidir:
Avropa Xalq Partiyasının müşahidə missiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib
Azərbaycan prezidenti: Referendumun yüksək səviyyədə təşkili üçün lazımi tədbirlər görülüb
Gənc jurnalistlər üçün yeni layihəyə başlanılıb
“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.
Gemi.az xəbər verir ki, bu barədə Oxu.Az-a “ASAN xidmət”dən verilən məlumata görə, layihənin ilk günündə hüquqşünas Tağı Tağızadə və media eksperti Elvin Şirinlitərəfindən ilkin təlimlər keçirilib.
Jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyillər barədə məlumat verilib və Azərbaycanda qanunvericilik və təcrübədə tətbiqi ilə bağlı məsələlərə toxunulub.
Ramiz Mehdiyevin kitabı italyan dilində çap olunub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İtaliyanın “Eurasian Books” nəşriyyatında italyan dilində çap olunub.
Gemi.az-ın Oxu.az-a istinadən verdiyi məlumatına görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb.