Çap

Azərbaycan əhalisinin sayı açıqlanıb

Tarix . Kateqoriya Xəbərlər

statistikaa

 

 İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-i vəziyyətinə 9 milyon 765,4 min nəfərə çatıb.

 

Gemi.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən "Apa-Economics"ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

 

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Çap

İlham Əliyev tələbələrə təqaüd ayırdı — SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

ilham eliyev98

Azərbaycan prezidenti İlham Əliyev 2016/2017-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Gemi.az Moderator.az-a istinadən xəbər verir ki, 2016/2017-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü təyin olunub:Abbasov Əşrəf Namiq oğlu, Abdinli Fatimə Surxay qızı, Abdullayeva Fidan Hikmət qızı, Abdullayeva Nərgiz Urfan qızı, Abdullayeva Töhfə Etibar qızı, Abdurahmanova Nigar Şaiq qızı, Abuzərli Süleyman Həmdulla oğlu, Ağakərimov Xaliq Şahbala oğlu, Ağayev Mustafa Hüseyn oğlu, Ağayev Taleh Xatir oğlu, Ağayeva Leyla Namiq qızı, Aslan Emil Aslan oğlu, Aslanlı Elçin Mahir oğlu, Babayeva Aynur Ramil qızı, Bayramlı İlkin İlqar oğlu, Bayramlı Ləman Bünyad qızı, Bayramov Rüfət Rahib oğlu,

Çap

Azərbaycanda 1000 nəfərlik tələbə yataqxanası tikiləcək

Tarix . Kateqoriya Xəbərlər

mika

Azərbaycanda yeni müasir tələbə yataqxanası inşa ediləcək.
Gemi.az xəbər verir ki, bu barədə Təhsil naziri Mikayıl Cabbarov APA-ya müsahibəsində deyib ki, ali təhsil müəssisələrində, xüsusilə böyük şəhərlərdə, ilk növbədə paytaxtda tələbə yataqxanalarının az olmasının, bir çox universitetlərdə isə ümumiyyətlə olmamasını səbəbləri yaxşı məlumdur: “Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək”.
Çap

Azərbaycanda bu tədris ilində 1 415 242 şagird təhsil alacaq

Tarix . Kateqoriya Xəbərlər

 

tehsil nazirliyi

 

 2016-2017-ci tədris ilində ölkə üzrə 164033 nəfər şagird I sinfə gedəcək.

 

Gemi.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1415242 nəfərdir. Yeni dərs ilində Bakı şəhəri üzrə 43397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354573 nəfər şagird təhsil alacaq.

Çap

Bu gün “Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlanacaq

Tarix . Kateqoriya Xəbərlər

eurovizion2017

  Sentyabrın 9-da “Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlanacaq.

Gemi.az oxu.az -a istinadən xəbər verir ki, “bu gün saat 13:00-da Nazirlər Kabinetində mətbuat konfransı keçiriləcək. Həmin konfransda gələn ilin may ayında “Eurovision” müsabiqəsini qəbul edəcək şəhərin adı açıqlanacaq”, - Ukraynanın Mili Televiziya şirkətinin baş direktoru Zurab Alasaniya bildirib. 

Bu informasiyanı Ukrayna hökumətinin mətbuat xidməti də təsdiqləyib. 

Çap

Mehriban Əliyeva İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb

Tarix . Kateqoriya Xəbərlər

 leydi

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb. 

Gemi.az Azertaca-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 7-də Azərbaycanın Milli Onkologiya Mərkəzində İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.

Çap

GƏNCLƏR TƏŞKİLATLARININ VAHİD PLATFORMASI OLARAQ DAİM DÖVLƏTİMİZİN YANINDAYIQ

Tarix . Kateqoriya Xəbərlər

seymur

Ümummilli lider Heydər Əliyevin gənc nəslə olan böyük etimadından ilhamlanaraq 1996-cı ildə ölkənin ən böyük gənclər platformasının əsası qoyuldu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olundu. Təsisçi gənclər təşkilatları  Azərbaycan dövlətinə sadiq, milli dəyərlərə bağlı, müasir və inkişaf yönümlü bir “çətir” altında ali məqsədlər üçün birləşdilər.

     Möhkəm və dayanıqlı bünövrə üzərində qurulan bu platforma tezliklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, dövlət qurumları ilə etibarlı tərəfdaşlıq əlaqələri qurmağa, beynəlxalq gənclər platformaları ilə əməkdaşlığı formalaşdırmağa başlayan Milli Şuranın ailəsinə qatılan gənclər təşkilatlarının sayı artmağa başladı.

     Qeyd edək ki, 2016-cı ilin may ayında Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Qurultayı keçirilib. Qurultayda ARGTMŞ Baş Katibi Seymur Hüseynov təşkilatın yeni sədri seçilmişdir. Milli Şuranın 20 illik ənənə və təcrübəsinə əsaslanaraq, gələcək fəaliyyətini bu istiqamətdə uğurla davam etdirəcəyini vurğulayan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bizimlə söhbətində daha sonra bildirmişdir ki,ARGTMŞ fəaliyyətində Gənclər Təşkilatlarının vahid platforması olaraq gənclər təşkilatları institunun gücləndirilməsinə xüsusi önəm verir. Növbəti addımlarda da bu istiqamətdə fəaliyyəti  davam etdirəcəyik. Həmçinin, bölgələrdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, eləcə də Azərbaycan gənclərinin beynəlxalq arenada ölkəmizi təmsil etmələrinə diqqət çəkilməsini təmin edəcəyik. Milli Şura  gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə Respublikasının maraqlarının qorunması, o cümlədən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın gələcəyi üçün çalışmaqdan qürur duyur.

Çap

Dolları dəyişmək üçün ən sərfəli banklar – SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

avro dollar

Amerika valyutasını ən yüksək qiymətlə “Bank Avrasiya”, ən aşağı qiymətlə isə “Azər-Türk Bank” alır.

Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Bank Avrasiya”dır. 

Gemi.az Oxu.az-a  istinadən xəbər verir ki, bu bankda Amerika valyutası 1,6933 manata alınır.

Dollar qiymətləri

Çap

Təcili yardıma zəng edən şəxsin yeri həmin an dəqiq təyin ediləcək

Tarix . Kateqoriya Xəbərlər

 tecili yardim

 

Təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemi nəzərdə tutulub.

Gemi.az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən xəbərə görə, bunun köməyi ilə ünvanın dəqiqləşdirilməsinə sərf olunan vaxta qənaət olunacaq və yalançı çağırışların qarşısı alınacaq. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə