Çap

2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarı

Tarix . Kateqoriya Xəbərlər

uefa euro logo 2020

UEFA 2020-ci il futbol üzrə Avropa çempionatının loqotip və şüarını rəsmən təqdim edib.

Gemi.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, turnirin loqotipi körpü seçilib.

Yarışların şüarlarından biri isə “birləşmiş futbol vətəndaşları”dır.

Qitə çempionatının keçiriləcəyi 13 ölkə arasında Azərbaycan da var.

Çap

'iPhone 7' qaynadıldı və donduruldu

Tarix . Kateqoriya Xəbərlər

 iphone7
 
 Yeni "iPhone 7” smartfonu öz xarakteristikasına görə rəqiblərini geridə qoymağa davam edir.
Gemi.az-ın İKT.lent.az-a istinadən verdiyi xəbərə görə, bundan əvvəl "iPhone 7”nin suya davamlılığı yoxlanıb və smartfon bu sınaqdan uğurla keçib. Eləcə də, "iPhone 7”nin təchiz olunduğu "A10 Fusion” prosessorunun öz rəqiblərindən öndə olduğu müəyyənləşib. Son olaraq, "iPhone 7”nin donma və qaynamaya dözümlülüyü test edilib.
Çap

UNEC magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır

Tarix . Kateqoriya Xəbərlər

 
semra nusal 200916
 
 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanıb.
Gemi.az Trend-ə istinadən xəbər verir ki, UNEC-in Türk Dünyası İşlətmə Fakultəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı Semra Nusal Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır. O, 2015-cı ilin dekabrında sözügedən proqram üçün alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət acısısından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə qalib gələrək, Azad Berlin Universitetində (Freie Universität Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Semra bu müddət ərzində Almaniyanın elmi fəaliyyət üsulları ilə yaxından tanış olacaq, Almaniyanın Nümayəndələr Palatası və Azad Berlin Universitetinin professor və elmi-işçi heyətilə birgə dəyərli elmi təcrübələrə yiyələnəcək.
Çap

Azərbaycanda Neftçilər Günü qeyd olunur

Tarix . Kateqoriya Xəbərlər

neftciler gunu
 
 Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
Gemi.az "Report"-a istinadən  xəbər verir ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır.
Çap

BDU-nun on tələbəsi prezident təqaüdünə layiq görüldü - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

BDU ESAS qesheng

 Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Bakı Dövlət Universitetinin on tələbəsi var. 

Abdullayeva Töhfə Etibar qızı (690)

Bayramlı İlkin İlqar oğlu (686)

Cəfərov Elgün İlqar oğlu (696)

İsayev Elvin Manaf oğlu (700)

Kərimli Elman Bəhruz oğlu (696)

Qurbanlı Həcər Hatəm qızı (691)

Məmmədova Nuranə Asif qızı (687)

Məmmədzadə İlqar Tacəddin oğlu (690)

Səfərli Məhəmməd Elburus oğlu (692)

Şərifli Əli Mütəlim oğlu (686)

Gemi.az  Qaynarinfo.az-a istinadən xəbər verir ki, Prezident təqaüdünə layiq görülən tələbələrdən altı nəfəri Azərbaycan, dörd nəfəri isə ingilis bölməsində təhsil alırlar. 

Çap

Kiyevdə Azərbaycanın sifariş etdiyi "An-178" təyyarəsi təqdim olunub

Tarix . Kateqoriya Xəbərlər

teyyare
 
Kiyev Aviasiya Muzeyində yeni "An-178" hərbi-nəqliyyat təyyarəsi təqdim edilib.
Gemi.az məlumat verir ki, bu barədə "Report" "Ekonomiçeskie izvestiya" qəzetinə istinadən xəbər verir ki, yeni təyyarə əvvəlki nəsil hava gəmilərini - "An-12", "An-26" və "An-32"ni əvəz etməlidir.
"Antonov" aviakonserinin proqram direktoru Viktor Kazurovun sözlərinə görə, "An-178" həm yük və hərbi texnikanın daşınması, həm hərbçilərin müəyyən edilmiş nöqtəyə çatdırılması, həm də uçuş zamanı təyyarələrə yanacaq doldurulması üçün istifadə edilə bilər.
Çap

İlham Əliyevdən Sarkisyana tutarlı və sərt cavab

Tarix . Kateqoriya Xəbərlər

aliyev

 MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.

Gemi.az Publika.az-a istinadən verdiyi məlumata görə, Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış etməli idi. Prezident İlham Əliyev Belarus Prezidentindən xahiş etdi ki, ona danışmaq üçün imkan versin. Belarus Prezidentinin razılığından sonra çıxış edən Prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verərək dedi:

- Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım.

Çap

50 milyon azərbaycanlı dünyanın hansı ölkələrində yaşayır? - SİYAHI

Tarix . Kateqoriya Xəbərlər

azerbaycanlilar dunyada

 

 Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılar dünyanın 5 qitəsində məskunlaşıblar. Soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Bu barədə Gemi.az Publika.az-a istinadən xəbər verir.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi qərarı 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilib. 

Çap

Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq

Tarix . Kateqoriya Xəbərlər

referendum

 

Sentyabrın 26-ı qeyri-iş günü olacaq.

 

Gemi.az-ın Apa-ya istinadən verdiyi  məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

 

Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə